Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-ın keçmiş səfiri: “Azərbaycan hakimiyyəti öz vətəndaşlarından qorxur”

28-04-2014, 19:38   
ABŞ-ın keçmiş səfiri: “Azərbaycan hakimiyyəti öz vətəndaşlarından qorxur”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997-ci illər) Azərbaycanda jurnalistlərin və siyasi fəalların yeni təqib faktları ilə əlaqədar siyasi vəziyyətdən ciddi narahatlığını bildirib.

Virtualaz.org-un məlumatına görə, “Turan”-a müsahibəsində Rauf Mirqədirovun həbsinə toxunan diplomat deyib ki, bu müstəqil jurnalistin Türkiyədən zorla deportasiyasından sonra həbsi bütün dünyada hüquq müdafiə qrupları arasında ciddi narahatlıq doğurub.

Kozlariç hesab edir ki, Rauf Mirqədirovun həbsi “Əliyev rejiminin fərqli siyasi düşüncənin, KİV azadlığının, ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş əməllərinin son halqasıdır”.

Kozlariç daha sonra deyib: “Rejim Rusiyadan və ya İrandan deyil, öz vətəndaşlarından qorxur... Onlar hətta otellərə rejimi tənqid edən QHT-lərin tədbirlərini keçirməsi üçün yer verməyi qadağan edir. Bütün bunlar Azərbaycanda vətəndaş hüquqlarının getdikcə daha çox pozulmasına xarici reaksiyasının rejimi narahat etmədiyinin növbəti göstəricisidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar