Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bir yanda yüz minlik mitinq, bir yanda əli avtomatlı prezident: Lukaşenkonu taxtdan endirmək niyə mümkün olmur?

7-09-2020, 12:43   


Bir yanda yüz minlik mitinq, bir yanda əli avtomatlı prezident: Lukaşenkonu taxtdan endirmək niyə mümkün olmur?
Belarusda etirazların qələbəyə dönüşünü əngəlləyə Rusiya faktoru.
Belarus güc nazirliklərini qorxudan səbəb nədir?
Belarusda prezident seçkilərindən sonra ölkədə keçirilən etirazlar fonunda bir çox dövlət Aleksandr Lukaşenkonun legitimliyini tanımasa da, hələ də ölkədə iqtidar- müxalifət mübarizəsi davam edir.
Bir yandan müxalifətə, onu dəstəkləyən qüvvələrə və etirazçı xalqa Lukaşenko silahla əzələ nümayiş etdirərkən, qarşı tərəfin də səngimək bilməyən etirazları və hər həftə 100 minlərlə insanın etiraz aksiyaları keçirməsi məsələnin bir müddət belə davam edəcəyindən xəbər verir. Lukaşenkonun hakimiyyətdən əl çəkməmək qətiyyəti, xalqın isə kəskin etirazı ölkəni mübarizə meydanına çevirib.
Böyük əksəriyyət Lukaşenkoya qarşı çıxdığı və Qərb də onları dəstəklədiyi halda nə üçün xalq Lukaşenkonun dirəncini sındırıb qələbəyə nail ola bilmir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe. info- ya açıqlamasında deyib ki, xalqın hələ qalib gələ bilməməsinin səbəbi güc nazirliklərinin Lukaşenkonu dəstəkləməsidir:
“Bu gün Belarusda baş verənlər mənə bir müddət əvvəlki Venasuela hadisələrini xatırladır. O zaman da müxalifət güclənib Maduronu tanımadı, 100 minlərlə insan müxalifətə qoşuldu və Quaido onların lideri oldu. Hətta o zaman müxalifət Qərbdən dəstək aldı. Amma sonda Maduro qalib gəlib indiyədək hakimiyyətini qoruyur. Eyniylə Belaruda da müxalifət güclənib və Qərbdən dəstək alır. Hətta bəzi ölkələr Lukaşenkonun hakimiyyətini tanımır. Amma nəticə olaraq Lukaşenko hakimiyyətini qoruyur. Çünki güc nazirlikləri onun yanındadır. Lukaşenko güc nazirliklərinin bir neçəsini də dəyişib ki, onlara tam etibar edə bilsin. Əli avtomatlı şəkillərini paylaşmasının da anlamı odur ki, Lukaşenko lazım gələrsə, silah gücünə də hakimiyyətini qoruyacaq. Bundan əlavə Lukaşenko Rusiyadan da istədiyi dəstəyi alır və tam şəkildə ondan asılı vəziyyətə düşüb. Çünki indi durum fərqlidir və Lukaşenko Qərblə Rusiya arasında manevr edə bilmir. Qərblə olan körpülər yandırılıb. Rusiyaya da bu lazım idi. Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək. Bu da müəyyən razılaşmaların olacağından xəbər verir. Qərbin və müxalifətin ümidi ona idi ki, güc nazirlikləri Lukaşenkodan üz döndərər. Lakin vəziyyət tam əksinə oldu. Belə şəraitdə proseslər paralel şəkildə inkişaf edəcək. Yəni müxalifət mitinqlər keçirəcək, Koordinasiya Şurası müzakirələr aparacaq, Lukaşenko da öz hakimiyyətini davam etdirəcək”.
Ekspert bildirib ki, ümumiyyətlə, bu cür proseslərdə güc strukturları kimi tərəfindədirsə, hakimiyyət də onun əlində olur:
“Xüsusən, Müdafiə və Daxili İşlər Nazirlikləri kimin tərəfində durursa, o, hakimiyyətdə olur. Yəni qərar onlarındır. Polis və ordu müxalifəti dəstəkləsəydi, Lukaşenkonun hakimiyyəti bitmiş sayılardı”.
Politoloq hesab edir ki, güc nazirlikləri qorxduqları üçün Lukaşenkonu dəstəkləyir:
“Güc nazirlikləri bilir ki, Lukaşenko iddia olunan qədər səs faizi qazana biməzdi. Lakin onlar xalqın haqlı olduğunu bilsələr də, Lukaşenkonu dəstəkləməyə məcburdur. Çünki onlar da qorxur. Lukaşenkonun arxasında Rusiya və onun güc strukturları dayanır. Onlar Belarusun güc nazirliklərini cəzalandıra bilərlər. Ona görə də bu böyük riskə getmirlər. Əgər Rusiya Lukaşenkonu dəstəkləməsəydi, güc nazirlikləri də prezidentə dəstəkdən imtina edib müxalifətə dəstək verərdi. Güc nazirliklərini Lukaşenkonu dəstəkləməyə məcbur edən Rusiya amilidir”.
Əli Bədir
Cebhe. info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar