Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünya sərvətinin bölüşdürülməsi üçün... - Makrondan şok

17-11-2020, 11:02   




Demoqrafik baxımdan yox olan hər Avropa ölkəsinin yerini bir Afrika ölkəsi tutur.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Geosiyasi Təhqiqatlar Qrupuna açıqlamasında deyib.
O bildirib ki, demoqrafik dəyişikiklər və digər məsələlər səbəbindən tükənməkdə olan sərvətlərin bölüşdürülməsi üçün yeni idarəetmə üsulları gərəkdir:
“Dünyada pandemiya və terrorizm kimi təhlükələri aradan qaldırmaq üçün ölkələr yeni siyasi, iqtisadi və sosial modelləri mənimsəməlidir. Sərvətlərin qıtlığı nəzərə alınaraq, dünya yenidən dərk edilməlidir. Maltusun demoqrafiya nəzəriyyəsi qələbə qazanacaq”.
Makron əlavə edib ki, dünya qırılma nöqtəsindədir və kapitalizm transformasiyadan keçir.
Qeyd edək ki, ingilis iqtisadçı, alim-demoqraf, kilsə xadimi Tomas Robert Maltusun (1766-1834) tezisinə görə, əhalinin sayı həndəsi, qida istehsalı isə riyazi silsilə ilə artır. Ona görə də əhalinin artımı ciddi nəzarətə götürülməli və bu artım səfalətə, yoxsulluğa yol açdığı anda əngəllənməlidi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar