Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsraildə peyvənd olunan 428 nəfər koronavirusa yoluxdu

1-01-2021, 10:40   


İsraildə İsraildə peyvənd olunan 428 nəfər koronavirusa yoluxub.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə həmin şəxslərin bəzilərinin peyvənd olunmazdan əvvəl virusa yoluxduğu aşkarlanıb. Xəstələrə bir doza peyvənd vurulduğu və təsir nəticələrinin hələlik dəqiləşdirilmədiyi də vurğulanıb.
Xatırladaq ki, İsrail bir neçə gün bundan əvvəl “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladıqları peyvənd təsdiqləndiqdən sonra ölkədə vaksinasiya kampaniyasına başlamışdı. Kampaniya çərçivəsində 500 mindən çox insana peyvənd vurulmuşdu.
Xalidə, Musavat.com

Instagram
Bizim Instagram kanalımıza abunə olun


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar