Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Korrupsiya və Azərbaycan

13-02-2014, 16:17   
Korrupsiya və AzərbaycanAzərbaycanı korrupsiya bəlasından rejimin istefası xilas edə bilər
- Bu gün həm daxildə, həm də xaricdə demokratik inqilabın növbəti dayanacağının Azərbaycan ola biləcəyi vurğulanır. Hakimiyyətin korrupsiyaya qarşı mübarizə şousu istisna olmaqla ciddi addım atılmır. Iqtidarın bu cür davranışı ilə daha çox cəmiyyətdəki süstlüyə arxayın olduğu vurğulanır. Bu nə dərəcədə düzgün yanaşmadır?
- Mənim fikrimcə bu çox yanlış fikirdir. Azərbaycan hakimiyyəti xalqın hər an püskürə biləcək qəzəbi qarşısında necə duruş gətirə biləcəyi barədə düşünsə, yaxşı olar. Azərbaycan adının inqilabların baş verə biləcəyi ölkələrlə yanaşı çəkilməsi doğru yanaşmadır. Azərbaycanı hansı rejimin idarə etdiyi bütün dünyaya məlumdur. Artıq dünya düzəni dəyişir. Azərbaycan xalqı demokratiyaya nail olmaq üçün bir gün gələcək var gücü ilə ayağa qalxacaq. Sual ondadır ki, Azərbaycan hakimiyyəti bunun qarşısında duruş gətirə biləcəkmi? Hakimiyyətin indiki kimi korrupsiya ilə mübarizə şousu düzəltməklə bunun altından çıxacağını düşünmürəm.
Mən başa düşə bilmirəm ki bir çox ərəb ölkələri Misirdən dərs götürərək ciddi islahatlara başladığı halda axı niyə Azərbaycan hakimiyyəti yenə gözləmə mövqeyi tutur.
Hakimiyyətin korrupsiyaya qarşı başlatdığı kampaniya sizcə, nə dərəcədə səmimidir?
- Əlbətdə bu kampaniya uzun müddətli ola bilməz. Bu xalqın gözündən bir pərdə asmağın yoludur. Korrupsiyanın başında duran şəxslər buna qarşı necə mübarizə apara bilərlər? Azərbaycanda hər şey başdan piramida şəklində aşağı doğru gedir. Artıq bu ölkədə hər bir sahə üzrə rüşvət qiymətləri müəyyənləşdirilib və sanki elə belə də olmalıdır. Xalqı aldatmağa ehtiyac yoxdur. Azərbaycanda korrupsiyanı yaradan hazırkı hakimiyyət və onun başında duran Ilham Əliyevdir.
Ona görə də korrupsiyanın qarşısının alınması üçün bu hakimiyyətin ən yaxşı yolu bütövlükdə istefaya getməkdir. Azərbaycanı bu korrupsiya bəlasından yalnız bu avtoritar rejimin siyasət aləmindən getməyi xilas edə bilər.

Vüsalə Əlikramova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar