Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İşğaldan azad olunan ərazilərə komendantlar təyin edilir - DİN-dən AÇIQLAMA

5-11-2020, 14:09   


İşğaldan azad olunan ərazilərə komendantlar təyin edilir - DİN-dən AÇIQLAMA

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmandan irəli gələn məsələlərin icrasına başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
E.Zahidov qeyd edib ki, bütün prosedurlar cənab Prezidentin fərmanına uyğun olaraq, həyata keçirilir.
Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır.
Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar