Ana səhifə

Putinin və Lavrovun zənglərindən sonra Azərbaycan Dağıstandan öz vətəndaşlarını gətirəcək?

    Tarix: 20-05-2020 09:36   



 

Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda deyilir ki, nazirlər prezidentlərin tapşırıqlarına uyğun olaraq addımları müzakirə ediblər:

“Prezident İlham Əliyev və prezident Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Dağıstanda Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Məlumata görə, həmçinin, ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər.

Xatırladaq ki, 600-ə yaxın Azərbaycan vətəndaşı bir aydır Dağıstandadır və Azərbaycan sərhədləri bağladığına görə vətənə qayıda bilmirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün bu məddət ərzində problemi görməzdən gəlməyə çalışır və vətəndaşları “Evə qayıdıram” saytında və ya Azərbaycan səfirliyində qeydiyyatdan keçməyə yönləndirir.

Öz növbəsində, səfirlik onlara öz hesablarına yüksək qiymətə aviabilet alaraq təyyarə ilə qayıtmağı təklif edir. Çoxlarının buna imkanı yoxdur. İnsanlar niyə sərhədə qədər gəldikdən sonra niyə bütün Rusiya ərazisindən keçərək Moskvaya qayıtmalı və oradan təyyarə ilə Bakıya getməli olduqlarını başa düşmürlər.

Dağıstanda hazırda mürəkkəb epidemioloji vəziyyət var və virusa yoluxanların sayı kəskin şəkildə artıb.

abzas.net
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net