Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqbal Ağazadə Prezidentə müraciət etdi

3-06-2020, 20:45   



İctimai-siyasi xadimlərimizə, yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər. – İqbal Ağazadə 

Bu il Şuşanın əsasının qoyulmasının 270 illiyidir. Azərbaycan Respublikasının Prezidentinə, vitse-prezidentinə müraciət edirəm. Təklif edirəm ki, Şuşanın 270 illiyinin təntənəli keçirilsin və bütün ölkə boyu təşkil olunsun.

Ayrı-ayrı icra strukturları da, tədris ocaqları da bunu bu ilin iyun ayından etibarən gələn ilin iyun ayına qədər bir il müddətində keçirsinlər. Şuşanın əsası 1750-51-ci illərdə Pənahəli xan tərəfidən qoyulub. Baxmayaraq ki, bəzi mənbələrdə ermənilər Şuşanın əsasının guya daha əvvəl, 1428-ci ildə qoyulduğunu iddia edirlər, bu yanlışdır.

Hər kəs bilir ki, Pənahəli xan ilk dəfə şəhərin əsasını Pənahabad adı ilə qoyub və orada Qarabağın ətraf kəndlərindən 17 məhəllə formalaşdırılıb, insanlar oraya köçüb. Şuşa Qarabağın hər yerindən gəlmiş adamlardan təşkil olunub və uzun müddət də Azərbaycanın mədəniyyət beşiyi, sənət beşiyi, siyasi mərkəzi olub.

Ona görə də çox istərdim ki, bu məsələlərə xüsusi diqqət ayrılsın və Şuşanın 270 illiyinin keçirilməsi üçün xüsusi sərəncam verilsin.

Bu məsələ üçün, Mədəniyyət Nazirliyinə müraciət olunmalı, ziyalılarımız prezidentə müraciət etməlidir. Ola bilsin ki, bu, tək mənim müraciətimlə olmaya da bilər, amma buradan yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər, prezidentə müraciət etsinlər və Şuşanın 270 illiyinin keçirilməsi tarixə düşsün, sənədli filmlər də çəkilsin ki, o şəhərin məhz yaranışından ta işğalınadək yalnız bizə məxsus olduğunu, Azərbaycan şəhərsalma mədəniyyətinin, söz mədəniyyətinin, sənət mədəniyyətinin bir parçası olduğunu bir daha dünyaya sübut edək.

 

 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar