Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Namus üstə başçı oğlunu öldürən ömürlük məhkumun ailəsi Prezidentdən əfv diləyir – “Lamiyə işi”/Foto

20-11-2020, 11:22   


2003-cü ildə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu o zamankı nişanlısı Lamiyə Quliyeva ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevin ailəsi Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Məhkumun Şəmkirdə yaşayan ailəsi ilə görüşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyeva reportaj hazırlayıb, onların problemini dinləyib, ailənin müraciətini ölkə rəhbərliyinə media vasitəsi ilə çatdırıb.





A.Əliyevaya müsahibəsində Vüqarın atası İbrahim İsmayılov prezidentə müraciət edərək bidirib ki, bu hadisə haqda ölkə mətbuatında çoxsaylı materiallar dərc olunub, işin təfərrüatını Azərbaycan ictimaiyyəti bilir.
Onun sözlərinə görə, cinayət namus üstündə baş verib və qətl Lamiyə Quliyeva tərəfindən törədilib. İ.İsmayılov bildirir ki, buna baxmayaraq, istintaq münaqişənin torpaq üstündə yaşandığı qənaətinə gəlib.
“Amma bu gün də həmin torpaqdan istifadə edirəm. Torpaqla bağlı nə o vaxt, nə sonra heç bir mübahisə olmayıb, kiməsə bir söz deməmişəm.
Hadisə qız üstündə baş verib. Bundan sonra Vüqara ömürlük, keçmiş nişanlısı Lamiyəyə 9, mənə isə 4 il həbs cəzası verildi”, – deyə İ.İsmayılov 17 il əvvəlki olayları xatırladır.
Prezidentə müraciət edən ata deyir ki, hadisə zamanı oğlu orada olub, lakin qətldə əli yoxdur:
“Biz 18 ildir ki, zülm çəkirik. Oğlum həbsdə ailə də qurub, övladı var, amma indiyə qədər uşağının üzünü görməyib.
Həmin hadisədən sonra ailəmizə böyük haqsızlıq oldu, ailə üzvlərimizin hamısını içəri basmışdılar, dəhşətli günlər yaşatmışdılar.
İndi o işlərə qayıtmıram, artıq oğlum 18 ildir cəzasını çəkir, indi tək arzumuz onun azadlığa buraxılması, ailəsinin yanına həyatını yaşamasıdır.
Biz Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyən, onun hərb və diplomatiya meydanında qazandığı qələbələrlə fəxr edən bir ailəyik.
Cənab Prezident hüquq-məhkəmə sahəsində böyük islahatlar həyata keçirib, bu müddətdə yüzlərlə məhkum humanizm göstərilərək azad olunub, əfvə düşüb.



Xahiş edirik ki, bizim də övladımız tez bir zamanda azadlığa buraxılsın, ailəsinə, üzünü görmədiyi uşağına qovuşsun, qarşıdan gələn Yeni ili ailəsi ilə birgə qeyd etsin”.
İ.İsmayılov deyir ki, Şəmkirin keçmiş başçısı A.Aslanov həyatda yoxdur, dünyasını dəyişib, lakin onun adı çəkiləndə bəziləri yenə qorxurlar:
“Cənab Prezident, sizdən çox xahiş edirik ki, bizə köməklik göstərəsiniz. Biz Sizə inanırıq, mərhəmətinizə sığınırıq, ədalətli qərar verilməsini gözləyirik”.
Prezidentə müraciətində Vüqarın atası qeyd edir ki, Ali Məhkəmə sədri Ramiz Rzayev də işə baxmır.
Vüqarın anası Məlahət İsmayılova bildirir ki, oğlunun keçmiş nişanlısı Lamiyə Quliyeva artıq azadlıqdadır, həbsdə övladı belə dünyaya gəlib, oğlu isə etmədiyi cinayətə görə ömürlük həbsə məhkum olunub:

“Cənab Prezident, mən bir ana kimi sizə yalvarıram. Xahiş edirəm ki, bizim balamızın azad olunması üçün əfv edəsiniz. Mən Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevdən də diqqət gözləyirəm. Ümid edirəm ki, bu müraciətimizlə bağlı araşdırma aparacaq.
Bu gün bütün xalq olaraq hamımız cənab prezidentlə, onun uğurları, Qarabağın azad olunmasında tarix yazması ilə qürur duyuruq.
İstəyirik ki, prezidentimiz bizi ikiqat sevindirsin, əfv versin, oğlumuzu azadlığa buraxsınlar. Bu gün övladım Vüqar sifarişlə həbsdədir. Ona bu qədər ağır cəza düşməməli idi.
Aslan Aslanov namus işini ört-basdır etmək üçün məsələnin guya torpaq üstündə baş verdiyini təqdim etməyə çalışdı. Halbuki, həmin torpaq mərhum prezident Heydər Əliyev tərəfindən bizə verilib.
Aslan Aslanovun oğlu hərəkətinə görə Lamiyə tərəfindən öldürülüb. Bu gün qətli törədib cəzasını çəkən şəxs azad edilib, Vüqar isə ömürlük azadlıqdan məhrum olunub”.
Məhkumun həyat yoldaşı Aynurə Əliyeva bildirir ki, 2011-ci ildə Qobustan həbsxanasında V.Əliyevlə ailə həyatı qurub.
Onun sözlərinə görə, illər sonra onların övladı olub: “İstəyirəm ki, yoldaşım azadlığa buraxılsın, övladını azadlıqda böyütsün. 18 ildir ki, ona düşməyən cəzanı çəkir.


Cənab prezidentdən xahiş edirəm ki, onu cavanlığına bağışlasın, ailəli olmasını, övladının yolunu gözləməsini nəzərə alıb əfv etsin”.
Qeyd edək ki, L.Quliyeva Prezidentə və aidiyyatı qurumların rəhbərlərinə müraciətində hadisənin namus üstündə baş verdiyini etiraf etmişdi. Onun sözlərinə görə, cinayət torpağa görə baş verməyib.
L.Quliyeva keçmiş nişanlısının ona düşməyən cəzanı çəkdiyini müraciətində qeyd etmişdi. O, ölkə rəhbərliyindən V.Əliyevin üstündən ömürlük məhkumluğun götürülməsini xahiş etmişdi.
Arifə
Reportyor.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar