Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ - FOTO/VİDEO

1-12-2020, 11:59   


Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ - FOTO/VİDEO
Video əlavə olunub.

xxx
Kəlbəcər girovu Dilqəm Əsgərovun Şuşa həbsxanasında şeirlər dəftəri tapılıb.
Publika.az xəbər verir ki, bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
O bildirib ki, atası həbsxanada şeirlər yazırmış:

"Atama Qızıl Xaç Komitəsinin vasitəsi ilə tarixi kitablar, dəftərlər göndərirdik. Bizim hərbçilər Şuşa həbsxanasında atamın şeir yazdığı dəftəri tapıblar. Bəzi vərəqlər cırılıb. Amma salamat qalan şeirləri də var. Əlimdə olan onun "Əzrail"ə yazdığı şeirdir".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şuşa həbsxanasında saxlanılan azərbaycanlı girovlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistana aparılıbar. (azvision)







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar