Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ bəzi vizaları dayandırır, kişilər koronavirusun müalicəsinə daha çox kömək edə bilərlər, bitkilər üçün opera konserti verilib, Ümumdünya Səhiyyə Təşkilatı nədən narahatdır?

23-06-2020, 09:23   



ÜSTFotonun müəllifiAFP

ABŞ Prezidenti Donald Trump bəzi "green card" vizalarındakı fasiləni uzadıb, bəzi işçi vizalarını dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı bəzi narahatlıqlarını dilə gətirib. Kişilər koronavirusla müalicədə daha çox kömək edə bilərlər. İspaniyada bitkilər üçün opera konserti verilib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

ÜST: "Ən böyük təhlükə həmrəyliyin olmamasıdır"

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus "İndi qarşılaşdığımız ən böyük təhlükə virusun özü yox, qlobal həmrəyliyin və qlobal liderliyin olmamasıdır" deyib.

O, "Biz bu pandemiyaya bölünmüş dünya ilə qalib gələ bilmərik" söyləyib.

Tedros Prezident Donald Trump-ın adını xüsusi olaraq qeyd etməsə də, ABŞ lideri keçən ay ölkəsinin ÜST-lə əlaqələrini kəsəcəyini söyləmişdi.

"Çin Ümumdünya Səhiyyə Təşkilatı üzərində tam nəzarətə sahibdir", - o deyib.

Hazırda ABŞ ÜST-ün ən böyük sponsorudur.


Donald TrumpFotonun müəllifiGETTY IMAGES

Trump "vizaların dondurulması" ilə xarici işçiləri hədəf alır

ABŞ Prezidenti Donald Trump bəzi "green card" vizalarındakı fasiləni uzadıb və digər xarici işçilər üçün vizaları 2020-ci ilin sonuna qədər dayandırıb.

Bu, yüksək ixtisaslı texnologiya işçilərinə, kənd təsərrüfatına aid olmayan mövsümi köməkçilərə, ev işləri üzrə köməkçilərə və rəhbər idarəçilərə təsir edəcək.

Ağ Ev bu addımın pandemiya səbəbiylə iqtisadi cəhətdən zərər çəkən amerikalılar üçün iş yerləri açacağını söyləyib.

Lakin tənqidçilər Ağ Evin immiqrasiya qanunlarını sərtləşdirmək üçün koronavirus pandemiyasından istifadə etdiyini söyləyirlər.

Bitkilər üçün opera

Bitkilər üçün opera

İspaniyanın Barselona şəhərində məşhur Liceu Operası koronavirus səbəbilə bağlanmasınının ardından öz qapılarını açıb.

Lakin bu dəfə zalda tamaşaçıların əvəzinə sadəcə bitkilər olub.


Bütün tamaşaçı oturacaqlarına bitkilər yerləşdirilib və musiqiçilər İtalyan bəstəkar Pucci-nin "Chrysanthemum" əsərini ifa edib.

Konserti təşkil edən Eugenio Ampudia "Yaşadığımız bu dövrlə bağlı bitkilərə konkret bir şey deməyimiz lazım idi. Bu ifa bir mərsiyə və başqa həyatlar üçün hiss etdiyimiz kədəri göstərməyimizin bir yoludur" deyib.

qan donorluğuFotonun müəllifiGETTY IMAGES

Kişilərin qan plazmasında antigenlərin səviyyəsi daha yüksəkdir

Koronavirusa yoluxmuş kişilər Covid-19 virusunun müalicəsi üçün tədqiqatlarda istifadə ediləcək qan plazması donorluğuna çağırılırlar.

Tədqiqatlar kişilərin ciddi xəstələnmə ehtimalının daha çox olduğunu və buna görə, qadınlardan daha yüksək antigen istehsal etdiklərini ehtimal edir.

Bu o deməkdir ki, onların qan plazmaları insan həyatını xilas etməkdə daha yararlı ola bilər.

Britaniyanın Milli Səhiyyə Sistemi Qan və Tansplantasiya şöbəsi deyir ki, sınaqlar uğurlu keçərsə qan plazması xəstəxanada yatan xəstələri müalicə etmək üçün istifadə edilə bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar