Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN - Professor AÇIQLADI

26-06-2020, 14:29   
 

Reanimasiyada yatan və süni tənəffüs aparatlarına qoşulan xəstələrin əksər hissəsi koronavirus pandemiyasının risk qrupuna daxil olanlardır. Buna səbəb 65 yaşdan yuxarı şəxslərin hər hansı tədbir görülmədən ictimai məkanlara çıxmasıdır.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü Mehmet Ceyhan deyib.

Professor bildirib ki, risk qrupuna daxil vətəndaşlar üçün çölə çıxmağa müəyyən saatlar və məkanlar təyin olunmalıdır: “Məsələn, həftədə 1 gün 1 bank və ya ticarət mərkəzi bu yaş qrupuna daxil insanlara xidmət göstərməlidir. Virusun kəskinliyi azalana qədər onlar üçün müəyyən məkanlar təyin olunmalıdır. Heç bir məqsədi olmayan toplanışlar üçün say açıqlanmalıdır. Məsələn, dost qruplarında 5-dən çox insan olmamalıdır”.
Professor qeyd edib ki, açıq və qapalı məkanda keçirilən toyların sayında disbalans olmalıdır: “Maska və sosial məsafə qaydalarına hər zaman, hər yerdə riayət olunmalıdır. Hər kəs maskalıdırsa, arada 1,5 məsafə qoyulmalıdır. Hərəkət halındaykən məsafə 3 metrə çıxarılmalıdır. Hovuzda və dənizdə arada mütləq 2 metr məsafə təyin edilməlidir. Şəhərlərarası hərəkət qadağan olunmamalıdır. Virus yükü çox olan bölgədən az olana keçid edərkən test keçirilməli və cavaba uyğun hərəkət edilməlidir”.
M.Ceyhanın sözlərinə görə, iş saatları müxtəlifləşdirilməlidir: “İşçilər yarım saat ara ilə işə başlamalıdır. Beləliklə, onların iş çıxışı fərqli zamanlarda olacaq və sıxlıq yaranmayacaq. İctimai nəqliyyatın yükü azalacaq”.
Elmi qurumun üzvü bildirib ki, asimptomatik insanlara test edilməlidir: “Risk qrupundakı işçilərə test tətbiq olunmalıdır. Məsələn, həkimlər, bərbərlər və sair. Beləliklə, xəstələri daha tez izolyasiya etmək mümkün olacaq”.
“Xroniki xəstəlikləri olanlar və işləmək məcburiyyətində qalanlara da ayrıca qaydalar müəyyən olunmalıdır. Risk faktoru az olanlar bəyan edilərək işlədilməli, digərləri işləməməlidir. Bundan başqa, əllərin gigiyenası bütün viruslar üçün əhəmiyyətli faktorlardan biridir. Bu məsələlərə mütləq diqqət yetirilməlidir. Təmizlik həyatın hər bir sahəsinə daxil edilməldir”, - professor vurğulayıb.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar