Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Qarabağa görə Ərdoğana zəng etdi

28-10-2020, 08:41   


Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu abrədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.
Xatırladaq ki, Dağlıq Qarabağda döyüş əməliyyatları başlayandan bu, iki dövlət başçısının ikinci telefon söhbətidir. Ötən söhbət zamanı Prezident Ərdoğan Azərbaycan ərazisinə hücum edən Ermənistanın yeni böhran yaratdığını, 30 ilə yaxın davam edən işğalı qoruyub saxlamağa çalışdığını bildirmişdi. O qeyd etmişdi ki, Türkiyə bu məsələnin istər Minsk qrupunda, istərsə də ikitərəfli münasibətlər çərçivəsində daimi əsasda həll olunmasının tərəfdarıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar