Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin: Kimsə Qarabağa dair razılaşmanı pozsa, müharibə olacaq! YENİLƏNİB, VİDEO

21-11-2020, 10:10   


Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli Sazişin icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bu sənədə alternativ müharibədir.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Prezident Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı müşavirədə deyib.
O qeyd edib ki, Allah eləməsin, əgər belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq: “Hər kəs bunu dərk etməli və öz-özünə bununla bağlı hesabat verməlidir”.
**20:27
Rusiya Prezidenti Vladimir Putin Qarabağda Rusiya sülhməramlı missiyasının işi üzrə müşavirədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün daxili təhlükəsizlik və iqtisadiyyat baxımından vacibdir.
Virtualaz.org bildirir ki, xəbəri TASS yayıb.
V.Putin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almağa kömək edən dəqiq və ahəngdar fəaliyyətini qeyd edib.
Prezident onu da qeyd edib ki, Dağlıq Qarabağda Rusiyanın bütün humanitar səyləri erməni və Azərbaycan xalqlarının rifahına yönəlməlidir.
Putin qeyd edib ki, Rusiyanı Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələr bağlayır: "Bu, bizim üçün həm daxili siyasi ölçüyə malikdir, həm də daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından çox böyük maraq doğurur".
Putin bildirib ki, Rusiya Dağlıq Qarabağda humanitar məsələlərin həllinə YUNESKO-nun, həmçinin BMT-nin Uşaq Fondunun (YUNİSEF) qoşulacağına ümid edir. "Tarixi abidələrin və dini ziyarətgahların, özü də həm Azərbaycan, həm də erməni abidələrinin qorunması barədə xüsusi danışmaq istərdim", - deyə Rusiya dövlətinin başçısı bildirib.
Putin bildirib ki, Rusiya yaxın zamanlarda Dağlıq Qarabağda aktual, o cümlədən humanitar problemlərin həlli üçün bölgəyə  böyük nümayəndə heyəti göndərəcək.
Rusiyalı lider xatırladıb ki, o həm Ermənistandakı, həm də Azərbaycandakı həmkarları ilə daim təmasda olur: "Biz hər iki liderlə razılığa gəldik ki, yaxın vaxtlarda Ermənistana və Azərbaycana bir sıra nazirlik və idarələrin rəhbərlərindən ibarət Rusiya nümayəndə heyəti göndəriləcək".
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar