Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fransa Senatının məlum qətnaməsi barədə Azərbaycanda düşüncələr... -" Parisdəki səfirimizi geri çağıra bilər”.

21-11-2020, 13:08   

Noyabrın 18-də Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnaməni səsverməyə çıxarmaq qərarı qəbul edib.

Elə həmin gün Paris şəhər şurası Qarabağı tanımağa çağırıb. Qətnamə noyabrın 25-də səsverməyə çıxarılmalıdır.

Yeri gəlmişkən, Fransa Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərindən biridir.

“Azərbaycan buna cavab olaraq...”

Azərbaycan prezidenti yanında Siyasi İdarəetmə İnstitutunun müəllimi Zaur Məmmədov bu məsələ ilə bağlı “ Turan” agentliyinə bunları deyib:

“ Fransa Senatı belə bir qərar qəbul etsə, o, başqa ölkələr üçün presedent ola bilər. Azərbaycan buna cavab olaraq Fransa mallarını boykot edə, Fransanın “Total” şirkətini Azərbayandan kənarlaşdıra, Parisdəki səfirimizi geri çağıra bilər”.

“Fransanın üzərinə bitərəf olmaq öhdəliyi qoyulub”

Rövşən İbrahimov

Ekspert əlavə edib ki, Fransa Senatının qərarları bu ölkənin hökuməti üçün mütləq qüvvəyə malik deyil.

Cənubi Koreyanın “Hankuk” Xarici Araşdırmalar Universitetinin professoru Rövşən İbrahimov isə bunları söyləyib:

“ATƏT-in Minsk Qrupunun üzvü olaraq Fransanın üzərinə bitərəf olmaq öhdəliyi qoyulub. Orada Dağlıq Qarabağ tanınsa, bu, paradoks olacaq, Parisin hərəkətləri təkcə Azərbaycan üçün deyil, bütün Avropa ictimaiyyəti üçün anlaşılmaz olacaq. Belə ki, Fransa ATƏT Minsk Qrupunda bütün Avropanı təmsil edir”.

R.İbrahimovun fikrincə, Azərbaycanda Fransanın müxtəlif sahələrdə iqtisadi maraqları var:

“ “Total” şirkəti enerji sahsində iştirak edir. Fransa Azərbaycanın aerokosmik, nəqliyyat, otel biznesində iştirak edir. Birgə Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərir. Bütün bunlar çökə bilər. Fransanın Rusiya, Azərbaycan və Türkiyə ilə siyasi münasibətlərinə ziyan dəyəcək...”

“Qarabağ proseslərində Fransanın rolu heçə enib”

Asim Mollazadə
Asim Mollazadə
Milli Məclisin deputatı Asim Mollazadə isə deyib ki, Qarabağ prosesində Fransanın rolu heçə enib. Onun fikrincə, Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının işğal edilən ərazilərin boşaldılmasına dair 1993-ci ildə qəbul edilən dörd qətnaməsini özü yerinə yetirib.

A.Mollazadə də qeyd edib ki, orada planlaşdırılan qərarların hüquqi qüvvəsi yoxdur, gözlənilən sənədlərin siyasi əhəmiyyəti isə minimaldır.


“Fransa rəhbərlərinin addımları bu ölkəyə ziyan vurur, Fransanı və bu ölkənin böyük rol oynadığı bütün Avropanı biabır edir”, deyə deputat bil
dirib.
A.Mollazadə hesab edir ki, baş verənlər demokratik dəyərlərlə də səsləşmir.
“ Fransa prezidenti E. Makronun hərəkətləri onun ölkəsində və Avropada demokratik dəyərləri şübhə altına qoyur, bu addımlar milli vəzifələrimizin həllində Azərbaycana mane ola bilməz”

Artıq, Azərbaycanda Fransaya qarşı etirazlar öznü açıq da göstərməyə başlayıb. Dünən, noyabrın 20-də Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyada ölkənin bir sıra ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar Fransa Senatında müzakirə olunan Dağlıq Qarabağın tanınması haqqında təklifə etiraz ediblər.

Tənqidi fikirlərə və etiraza, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Bölgədə döyüşlərin getdiyi vaxt isə Fransa prezidenti E.Makron bir neçə dəfə Azərbaycan prezidentinə zəng vuraraq bundan narahatlığını ifadə etmişdi.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Xatırlatma



Bu münaqişənin tənzimlənməsi ilə bağlı vasitəçi olan ATƏT-in Minsk Qrupunun (MQ) Fransa, Rusiya və ABŞ həmsədrləridir.

Bu il noyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar