Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Eminin yeni sevgilisi oliqarxın sevgilisi olubmuş

22-07-2016, 17:54   
Eminin yeni sevgilisi oliqarxın sevgilisi olubmuş


Emin Ağalarovun yeni sevgilisi gündəm olaraq qalmaqdadır.
Belə ki, bir müddətdir Alyona Qavrilova ilə sevgili olan azərbaycanlı pop-star bu dəfə sevgilisinin kimliyi ilə maraq doğurub.
Bu münasibətlə 1xəbər.com araşdırma aparıb.
Məlum olub ki, Alyona Qavrilova bundan öncə Rusiyanın oliqarxı Rustam Tariko ilə qeyri-rəsmi nikahda yaşayıb.
29 yaşlı eks-model Alyona “Miss Mordova 2004” müsabiqəsindən məşhurlaşıb.
Daha sonra özündən 25 yaş böyük milliyətcə tatar olan Rustam Tariko ilə sevgili olub.
Alyona ona Rustam adlı oğul dünyaya gətirsə də, çox keçməmiş oliqarx ondan ayrılıb.
Qeyd edək ki, “Russkiy standart” holdinqinin sahibi, “araqlar kralı” Rustam Tarikonun hazırkı əmlakı 2 milyardla qiymətləndirilir.
Aprel ayından birgə görünməyə başlayan Emin və Alyona bugünlərdə sevgi yaşadıqlarını etiraf etdilər.
Pop-starın hətta eks-modelə evlilik təklif etdiyi də gündəmdədir.
Xatırladaq ki, 36 yaşlı Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə evli olub. Keçən ilin may ayında rəsmən boşandıqlarını elan edən cütlüyün Mikayıl və Əli adında əkiz oğulları var.
///1Xəbər.com




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar