Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Forsaj 7” Azərbaycanda çəkilib?

23-04-2014, 14:16   

Hazırda film prodakşn mərhələsindədir.

Dünyaca tanınmış aktyor, “Forsaj” serialının ulduzu Vin Dizelin rəsmi facebook səhifəsində paylaşılıan bir şəkil xeyli maraq doğurur.

Meşəlik ərazidə çəkilmiş şəkilin yuxarı sağ küncündə Azərbaycanca yazı var.

Maraqlıdır ki, aktyor şəkildə məhz Dominik Toreto obrazındadır. Yəni şəkil “Forsaj” filmindəndir. Amma “Forsaj”ın indiyə qədər ekranlara çıxmış 6 filminin heç biri Azərbaycanda çəkilməmişdi. Doğrudanmı, 7-ci “Forsaj”ın çəkiliş qrupu Azərbaycanda olub?

Qeyd edək ki, “Forsaj 7” 2015-ci ilin aprelində prokata çıxacaq. Hazırda film prodakşn mərhələsindədir. Filmin bəzi səhnələrinin Əbu-Dabi və Dubayda çəkiləcəyi əvvəlcədən elan olunmuşdu.

Aktyor Pol Uokerin həlak olmasından sonra filmin çəkilişində fasilə yaranmışdı.

Çəkilişlər bu ay bərpa olunub.

Həmin şəkili sizə təqdim edirik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar