Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Könül Kərimova: “Tezliklə sevgililər Suqovuşanda qovuşacaq"

7-10-2020, 13:25   



Əməkdar artist Könül Kərimova öz “İnstagram” səhifəsində işğaldan azad olunan Suqovuşanla (Madagiz) bağlı paylaşım edib.
Musavat.com bildirir ki, o, "Böyük dayaq" filmindən qısa fraqment paylaşaraq, qeyd edib:
"Ayrılarmı könül candan... Azərbaycan, Azərbaycan... Çox az sayılı günlər qaldı, inşallah Suqovuşanda sevgililər bax belə qovuşacaq”.

Xatırladaq ki, Suqovuşan Tərtər rayonun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Kənd 3 oktyabr tarixində Azərbaycanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Elə həmin gün prezident İlham Əliyevin sərəncamı ilə əvvəllər Madagiz adlandırılan kəndin tarixi adı bərpa edilərək yenidən Suqovuşan olub.

Xalidə Gəray, Musavat.com
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar