Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Safura ilə nazir oğlunun yeni fotoları yayıldı

29-04-2014, 16:32   

Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran və karyerasına son qoyan müğənni Safurə Əlizadə ilk dəfə olaraq mətbuata müsahibə verib. S.Əlizadənin 1news.az-a müsahibəsini təqdim edirik:

- Safurə, həyatın toydan sonra necə dəyişdi?

- Hər şey əlbəttə yaxşı tərəfə dəyişdi. Mənim üçün çox vacib olan, karyeramla bağlı və həyatımın prioriteti hesab etdiyim hər şey arxa plana keçdi .Mənim üçün ailəm və onunla bağlı hər şey ən vacib oldu. Sevilən olmaq və sevmək ən böyük xoşbəxtlikdir.

- Səhnə üçün darıxmırsan? Çoxsaylı fanatlarına nə demək istərdin?

- Düzünü deyim ki, darıxmağa vaxtım yoxdur. Ətrafımda tez-tez məni görməyə gələn çoxlu dostlarım, qohumlarım, yaxınlarım var. Vaxt ayırıb biz də onlara gedirik və bu, mənim həyatımı daha ritmik edir. Özümlə tək qalmaq imkanı tapanda isə musiqi yazıram, bəzən rəsm çəkirəm. Fürsətdən istifadə edib mənə qulaq asan və sevən bütün fanatlarıma salam göndərirəm və onlara təşəkkür edirəm.

- Sənin şəkillərinə baxıram və görürəm ki, sən xoşbəxtsən. Sənin üçün xoşbəxtlik nədir?

- Bəli, mən həqiqətən xoşbəxtəm. Mənim gözəl, sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. İnanın mənə xoşbəxt olmaq üçün başqa heç nə lazım deyil!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar