Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Bakını Nikolun “güzəştləri” qane etməz – Trofimçuk

22-10-2020, 10:29   

Axar.az rusiyalı politoloq Qriqori Trofimçuk ilə müsahibəni təqdim edir:
- Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsində kompromisə hazır olduğunu bəyan edib. Bu, vaxt qazanmaq üçün növbəti manevrdir, yoxsa erməni lider itkiləri anlayır və öz iflasını etiraf edir?
- Nikol Paşinyan ABŞ prezident seçkilərinin nəticələrini gözləyir. Çünki hazırda onun o tərəfdəki siyasətçi tanışları bu məsələ ilə məşğuldur. Buna görə də vaxt qazanmaq onun üçün olduqca vacibdir, xüsusən də Qarabağda ətrafa göz gəzdirərək olan-qalan nəfəsini dərmək üçün. Paşinyanın hər hansı bir kompromis versiyası varsa, bir daha danışıqlar masasına boş yerə oturmamaq üçün öncədən səsləndirməsi məsləhətdir.
Çünki hamı bilir ki, bundan öncə Ermənistanın baş naziri “kompromis”lərlə xeyli “əziyyət çəkib”. Onun əsas "kompromis”i isə "Mən ərazidə sülhü dəyişmirəm" bəyanatı, həmçinin məşhur "Qarabağ Ermənistandır" ifadəsidir. Bundan başqa, müşahidəçi və həmsədrləri "Qarabağın İrəvana aid olmasını tanımaq" ilə bağlı şantaj cəhdi də var.
Bu cür “kompromis”lər, belə “ciddi” güzəştlər, çətin ki, Bakını qane etsin. Buna görə də əvvəlcə Paşinyan “oturacaqları” göstərsin. Axı o, hələ lap əvvəldən danışıqlar masasına Qarabağ nümayəndələri üçün “stul” gətirməkdən dəm vururdu. İndi hələ eyni mövqelərdə olub-olmadığını və təkliflərini daha ətraflı izah etsin, görək...
- Bir aydan sonra Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyətin necə olacağına dair proqnozunuz varmı?
- Burada çox şey Bakının özündən asılıdır. Çünki Qarabağ zonasında döyüşlərdə tam olmayan bir ay ərzində o, bütün lazımi beynəlxalq reaksiyaları gördü, qeydə aldı, cari müharibənin psixologiyasını anladı və ən başlıcası, Paşinyanın dişinə vurdu.
Hətta ən əlverişli hərbi nəticə əldə etsəniz də, region çətin ki, sakitləşsin.
Beləliklə, məsələ yalnız hərbi yolla torpaqların qaytarılması ilə bitməyəcək. Artıq indidən region oyunçularını hansı siyasi və ərazi konfiqurasiyasının qane edəcəyi barədə düşünmək lazım gəlir. Azərbaycan ilə Rusiyanın bu sahədə üst-üstə düşən mövqeyi və maraqları olmalıdır. Əks təqdirdə, müharibə Rusiyanın perimetri boyunca qeyri-hökumət qüvvələri tərəfindən alovlandırılan bir sıra əbədi münaqişələrə səbəb olacaq. Ona görə də indi Moskva-Bakı xətti ilə aparılan danışıqlar əhəmiyyətlidir.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar