Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-da prezident seçkiləri: 41 ştat nəticələri bəyan edib

4-11-2020, 18:30   


Pensilvaniya da insanlarŞƏKLİN MƏNBƏYİ,REUTERS
ABŞ-da 59-cu prezidentin müəyyənləşməsi üçün səslərin hesablanması davam edir.
Ağ Evi iki əsas namizəddən biri Donald Trump və ya Joe Biden qazanacaq.
Nəticələr həlledici yerlər sayılan Pensilvaniya, Michigan və Wisconsin ştatlarının Orta Qərb və Rust Belt hissələrində kəskin yarışın getdiyini göstərir.
Donald Trump-ın Texas, Ohio və mütləq Florida da daxil olmaqla, 23 ştatda qazanacağı təxmin edilir. Bu da seçki proqnozlarına zidd bir haldır.
2016-cı ildə ABŞ Prezidenti seçilmiş cənab Trump "saxtakarlıq" iddiaları ilə çıxış edir və milyonlarla səsin hesablanmasına baxmayaraq Ali Məhkəməyə müraciət edəcəyini söyləyir.
Joe Biden Arizonada qalib gələ bilər və proqnozlar ona bir sıra etibarlı Demokratik ştatlarda qələbəni təmin edəcəyini göstərir.
Cənab Biden Delaware-də tərəfdarlarına seçkilərin "hər bülleten sayılana qədər bitmədiyini" söyləyib və "qələbə qazanmağın yolundayıq" deyə israr edib.
Bu dəfəki seçkilərdə iştirakçılıq faizi də bir əsrdən çox müddət ərzində yüksək hesab olunur. Bəzi ştatlarda səslərin sayılması günlərlə davam edə bilər.
Bu dəfəki seçkilərə milyardlarla dollar xərclənib və o, ən bahalı ABŞ prezident seçkiləri hesab olunur.
Trump-BidenŞƏKLİN MƏNBƏYİ,EDISON REUTERS/BBC
Xerite
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar