Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bayden ABŞ-ı nüvə sazişinə qaytaracaq? –ZƏRİFİN EHTİMALLARI GERÇƏYƏ ÇOX YAXINDIR

3-12-2020, 19:08   

Gennadi Petrov
“Независимая газета”, 02.12.2020
 
İranlı fizik Möhsün Fəxrizadənin öldürülməsi Cozef Baydenin İslam Respublikasına yaxınlaşma planlarına heç bir şəkildə təsir etməyib. ABŞ-ın yeni seçilmiş prezidenti ölkəsini İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qaytaracağını təsdiqləyib. Donald Tramp isə Amerikanı İran əleyhinə beynəlxalq sanksiyaların ləğvini nəzərdə tutan nüvə anlaşmasından çıxarıb.
Noyabrın 27-dən İranın nüvə proqramının rəhbəri Fəxrizadə Tehranın yaxınlığında öldürüldükdən sonra ABŞ rəsmiləri bu hadisəni heç bir şəkildə şərh etməyib. Bu cinayətin İsrail tərəfindən törədildiyini birbaşa söyləyən İranın ittihamları, mənbələrə istinad edilərək, “New York Times” qəzetində təsdiqlənib.
İddialara görə, ABŞ kəşfiyyatı Fəxrizadənin İsrail xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində qətl olunduğundan xəbərdardır.
Beləliklə, Bayden, bir növ, İrandakı hadisələrə şərh verib. Pulitzer mükafatı laureatı, “New York Times” qəzetinin köşə yazarı və Amerikanın ən məşhur Yaxın Şərq jurnalistlərindən biri olan Tomas Fridman onunla telefon əlaqəsi qurub. Söhbət əsnasında jurnalist seçilən prezidentin seçki kampaniyası dövründə elan etdiyi hədəfə – ABŞ-ı nüvə razılaşmasına qaytarmaq niyyətində olub-olmadığını soruşub. “Bu asan olmayacaq, amma bəli”, – deyə Biden cavab verib.
Sonra Bayden deşifrə etməyi lazım bilmədiyi bir düzəliş edib. O, “müttəfiqlər və tərəfdaşlarla birlikdə İranın nüvə proqramındakı məhdudiyyətləri gücləndirəcək və genişləndirəcək” bəzi əlavə razılaşmalar hazırlamaq niyyətində olduğunu söyləyib.
Əslində, JCPOA özü də İrana qarşı sanksiyaların zəiflədilməsi müqabilində bu cür məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur. Barak Obamanın səyləri ilə ABŞ-ın bağladığı bu razılaşmadan geri çəkilmə iranlıların nüvə tədqiqarlarını davam etdirməsinə səbəb olub. İndi, Fəxrizadənin öldürülməsindən sonra İran parlamenti ölkənin JCPOA-dan çıxmasını göstərən bir qanun qəbul edib. Düzdür, o hələ təsdiqlənməyib və qüvvəyə minməyib.
Bəlkə də, Fridmanın özü haqlıdır. Bundan əvvəl, mənbələrinə istinad edərək, o, Baydenin JCPOA iştirakçı sayını artıracağı fikrini irəli sürüb. Sənədi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, Fransa və ABŞ), eləcə də Almaniya imzalayıb. Bu, İrana qarşı sanksiyaların ləğv edilməsinə dünyanın aparıcı güclərinin zəmanət verdiyi “5 + 1” deyilən formuldur.
Bayden İranın ərəb qonşuları Səudiyyə Ərəbistanı və BƏƏ-nin JCPOA-ya qoşulmasını istəyir. İlk ərəb dövləti, iqtisadi cəhətdən güclü ölkə İslam Respublikasının geosiyasi və ideoloji rəqibidir. BƏƏ bölgədə xüsusi rol oynayır. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin baş tədqiqatçısı Vladimir İsayevin “NG”-yə müsahibəsində qeyd etdiyi kimi, bu ölkə ənənəvi olaraq, İran və Səudiyyə Ərəbistanı ilə bərabər münasibətlər qurmağa çalışır. Bu yaxınlarda BƏƏ, Bəhreynlə birlikdə “İbrahim Sazişi”nin üzvü olub. Vaşinqtonun vasitəçiliyi ilə və Trampın İsraillə münasibətləri normallaşdırmaq səyləri sayəsində bağlanan müqavilənin adı belədir. Beləliklə, BƏƏ JCPOA-ya üzv olarsa, qismən siyasi ortağı olduğu yəhudi dövlətini təmsil edəcək.
Ancaq İsrail hələ Baydenin nüvə anlaşmasına qayıtmaq niyyətindən məmnun deyil. Noyabr ayında İsrailin baş naziri Binyamin Netanyahu onu açıq şəkildə fikrini dəyişməyə çağırıb. “Nüvə anlaşmasına qayıtmayın. İranın nüvə silahı istehsal etməməsini təmin etmək üçün güzəştsiz bir siyasətə riayət etməliyik”, – deyə İsrailin ilk baş naziri David Ben-Qurionu anma tədbirində söyləyib.
İsrail mətbuatı bu mövzuda seçki kampaniyası dövründə Baydenin komandası nümayəndələrinin verdiyi açıqlamaları xatırlayır. Avqust ayında onun vitse-prezidenti Kamala Harris birmənalı şəkildə yəhudi dövlətini dəstəkləyib. “Açıq deyim, İranın nüvə silahı almasına icazə verməyəcəyik. İsrailə qırılmaz ABŞ dəstəyi verməyə davam edəcəyik”.
Ancaq qeyd etmək lazımdır ki, Baydenin ölkəni JCPOA-ya qaytarmaq niyyəti barədə dediyi sözlər yalnız indiyə qədər seçilmiş prezidentlə müsahibədir, başqa bir şey deyil. Eyni zamanda, Fəxrizadənin qətlinə heç bir qiymət verməməsi də əhəmiyyətlidir. Tramp da susur. Fəxrizadə məsələsinə BMT Təhlükəsizlik Şurasında baxılsaydı, ABŞ-ın mövqeyi aydınlaşacaqdı. İran bunu tələb edib. Bununla birlikdə, Cənubi Afrikanın BMT-nin nümayəndəsi, hazırda Təhlükəsizlik Şurasının sədri olan Cerri Macila “Reuters”-ə verdiyi açıqlamada heç bir dövlətin bu məsələnin Təhlükəsizlik Şurasının gündəminə daxil edilməsini istəmədiyini söyləyib.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar