Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müftə neft: səbəb koronavirusdurmu və bundan sonra nə olacaq?

21-04-2020, 17:06   


Marsel, neft tankeriFotonun müəllifiREUTERS
Image captionNefti yığmağa yer yoxdur, onu hətta tankerlərin də anbarlarında saxlamağa başlayıblar

Bir bareli mənfi 40 dollar - dünya ilk dəfədir ki, neft qiymətlərinin (buna qiymət demək olarsa) belə aşağı səviyyəyə düşməsini görür. Satanlar buna görə narahat olmalıdırlarmı? Alanlar (yollara asfalt çəkənlər, maşınlarına benzin tökənlər, evlərini isidənlər və s.) necə, sevinməlidirlərmi?

Yox, çünki Amerikadakı mənfi qiymət real həyata çox az aidiyyatı olan bir matris xətasıdır, texniki nasazlıqdır, maliyyə fırıldağıdır. Yanacaqdoldurma stansiyalarında hələ ki, heç kimə pul ödəməyəcəklər.

Adi neft - qara, qatı və iyli maye hələ qiymətini itirməyib, tarixi perspektiv baxımından indiki qiymətlər çox gülməli görünsə də. Digər neft növlərinin də qiymətini müəyyənləşdirən iki əsas neft növü iki gün əvvəlki qiymətə satılır. Amerikadakı WTI-nin (Texas neftinin) iyun ayı üçün qiyməti 22 dollar, Avropanın "Brent" neftinin qiyməti 26 dollardır.


Mənfi 40 dollara olan neftsə artıq yoxdur. Bu qiymət fyuçersə (neftlə təmin olunan maliyyə alətinə) - xammalın konkret müddət ərzində çatdırılması müqavilələrinə aid idi.

Nə baş verib?

Fyuçers may ayı üçün müəyyənləşmişdi, ancaq aprelin 21-də sona çatıb və indi neft heç kimə lazım olmadığı üçün investorlar müqavilənin bitməsinə bir gün qalmış istənilən qiymətə ondan xilas olmağa çalışıblar. Ona görə də qiymət mənfi həddə qədər düşüb.

Teksasda neft quyusuFotonun müəllifiREUTERS

Nefti geri almamaq üçün investorlar satıcılara hətta pul ödəməyə də hazırıydılar. Əks halda artıq nefti Texasdan alıb Kuşinqdəki anbara yığmalıydılar. Ancaq tərslikdən bu anbarlar da doludur.

Nə vaxtsa bununla bağlı Christian Bale-nin rol aldığı "The Big Short" kimi biri film çəkiləcək. Bu filmin qəhrəmanı dünya maliyyə böhranından xeyli əvvəl təminatsız ipoteka kreditlərinin çökməsi ehtimalına yatırım edir. Filmin sonunda lövhəyə yazdığı rəqəm (489%) onun bu əməliyyatdan necə böyük qazancla çıxdığını göstərir.

İndiki situasiyada isə kimlərsə neftin 10 dollardan da çox ucuzlaşması ehtimalına "oynayıb".

Bu "kimlərsə" 1 barel üçün şərti olaraq 25 dollar nəzərdə tutulmuş may müqaviləsinin alıcılarına imkan verməyiblər ki, 22 dollarlıq iyun müqaviləsinə keçib 3 dollarlıq cərimə ödəsinlər. Onlar israrla müqaviləni satmayacaqlarını, ancaq real neft tədarük etməyə hazır olduqlarını bildiriblər.

Bununla heç kim razılaşmayıb, insanlar qatı mayeylə dolu sisternləri yox, maliyyə müqaviləsi satın alıblar. Nəticədə may fyuçerslərinin sahibləri onlardan qurtulmaq üçün əlavə pul ödəməyə razı olublar, əks halda daşınma və saxlama üçün daha çox xərc çəkməli olacaqdılar.

Neft lazım olduğundan çoxdur

Çərşənbə axşamı vaxtı çıxmış may müqavilələrinin sahibləri istənilən başqa situasiyada fiziki nefti alıb ondan neft məhsulları istehsal edə və bu məhsulları sata bilərdilər. Ancaq koronavirusdan böyük zərər çəkmiş dünya iqtisadiyyatının tələbatı ciddi səviyyədə azaldığı üçün indi bunu etmək mümkün deyil.

Luiziana sahili, neft tankeriFotonun müəllifiREUTERS
Image captionQiymət artımını gözləyənlər hazırda tankerlərdən nefti daşımaq üçün yox, saxlamaq üçün istifadə edirlər

Amerikanın neft bazarındakı "qara bazar ertəsi" dünyada iqtisadi aktivliyin təxminən 30 faiz azalmasıyla eyni vaxta təsadüf edib. Buna cavab olaraq Rusiya və OPEK ölkələri xammalın dünya üzrə təklif səviyyəsini 10 faiz azaltmaqla bağlı yöndəmsiz qərar qəbul ediblər.

Bu qərar hələ gələn ay qüvvəyə minəcək. Ancaq hətta onda da bazarda təklif tələbatdan 20 faiz çox olacaq. Bunun qarşısını almaq üçün nefti anbarlara yığmaq lazımdır və əsas problem də elə budur.

Dünya üzrə mövcud anbarların cəmi dördə bir hissəsi - 1 milyard barellik yer boşdur və bu, hazırda neftə olan tələbatdan 10 dəfə çoxdur. Böhrana qədər tələbat bir sutkada 100 milyon barel təşkil edirdi.

Təxminlərə görə, koronavirus pandemiyası tələbatı 30 faiz azaldacaq. Yəni, treyderlər, neft emal edən zavodlar və dövlətlər hər gün 30 milyon bareli harasa yerləşdirməlidirlər. Anbarlardakı yerlərsə 1 aya, ən çoxu 1,5 aya bəs edər.

Bu gün onlara tələbat fenomenal səviyyədədir. Sonrakı ayların bazar qiymətləri indikindən bahadır, ona görə də treyderlər nefti yığmağa yer axtarırlar. Həm quruda, həm də dənizdə anbarlar sürətlə dolur.

Sinqapur və ABŞ kimi əsas bazarlarda onların qiyməti iki dəfə artıb. Adətən, quruda 3 milyard barel neft saxlanır, indiki vəziyyətsə satıcıları gəmilərin anbarlarından da istifadə etməyə məcbur edib.

"Reuters" agentliyinin məlumatına görə, lövbər atmış 150-dən çox tankerdəki neftin həcmi iki həftə ərzində iki dəfə artaraq 160 milyon barelə çatıb. Onlarının hər birinin yük tutumu 2 milyard bareldir. Dünyada 770 belə tanker var və treyderlər hesab edirlər ki, vəziyyət düzələnə qədər tankerlərin üçdə biri belə tərpənməz vəziyyətdə qala bilər.

Çin limanındakı supertankerFotonun müəllifiREUTERS
Image captionÇin limanındakı supertanker

2008-ci ildəki maliyyə böhranından bu yana dünya belə situasiyayla üzləşməmişdi. Ancaq onda dənizdə cəmi 100 milyon barel "yiyəsiz" neft vardı.

Rusiya öz müştərilərinə əlavə pul ödəməli olacaqmı?

Səudiyyə Ərəbistanı və ABŞ-la birlikdə dünyanın üç böyük neft satıcısından biri olan Rusiyaya bu vəziyyət necə təsir edəcək?

Bu ölkənin "Urals" markalı nefti "Brent"-in qiymətinə bağlıdır. Hələ ki, bu bazarda mənfi qiymət səviyyəsi müşahidə olunmayıb.

Ancaq mövcud qiymətlər idealdan çox uzaqdır.

"Reuters" yazır ki, mayın əvvəlində çatdırılmalı olan "Urals" nefti "Brent"in cari alqı-satqı qiymətindən 3 dollar ucuz satılacaq, ancaq bazar bundan yalnız o halda xəbər tutacaq ki, treyderlər bu məlumatı agentliklərə də desinlər.

Hazırda Rusiya nefti büdcədə nəzərdə tutulduğundan iki dəfə ucuz - 42,4 dollara satılır. Büdcə qaydasına görə, qiymət qalxanda valyuta stabilləşdirmə fonduna yığılır, azalanda isə cari xərclər üçün həmin fonddan vəsait ayrılır.

İndiki qiymətlərin dinamikasını fyuçers müqavilələri bazarındakı ani situasiyalar yox, tələb və təklif arasındakı balans müəyyənləşdirəcək. Bu balans isə ancaq dünya koronavirus böhranından çıxandan sonra tənzimlənəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar