Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xətaidəkı yanğınla bağlı ilginc məlumatlar – Həbs edilənlər Mehdiyev və Heydərovun adamları olub

11-05-2020, 10:39   
 
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-ya təqaüdə göndərilmiş Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva (həyat yoldaşının soyadını götürüb) "Transmit LTD” MMC-nin 4 təsisçisindən biridir. ANAXEBER.info-nun məlumatına görə, bu faktı Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb. Araşdırmalar nəticəsində məlum olub ki, sözügedən şirkət Bakı şəhəri Yasamal rayonu, Məhəmməd ibn Hinduşah 22-də qeydiyyatdadır. Həmçinin aydın olub ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev isə "Astoriya” Tibb Mərkəzi MMC-nin 2 təsisçisindən biridir."Astoriya” Tibb Mərkəzi MMC 2012-ci ilin mayında Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.Bakının İsmayıl bəy Qutqaşınlı küçəsi 51-də Mehdiyevin kürəkəninə məxsus, eyni adda klinika da fəaliyyət göstərir.2015-ci ilin martında "Astoriya" Tibb Mərkəzində 29 yaşlı İlahə Musazadənin doğuş zamanı ölməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi qaldırılmışdı.2015-ci ilədək Mehdiyevin kürəkəninin sözügedən şirkətdəki şəriki Sadıqov Fərid Akif oğlu olub. Şirkətin qanuni təmsilçisi Abbasov Gündüz Cümşüd oğlu, hüquqi ünvanı Yasamal rayonu Landau küçəsi 6-dır.Mehdiyevlərə bağlı olan daha bir şitkət "Kaspian Telekom” MMC-dir. 2005-ci ilin iyulunda qeydiyyatdan keçmiş "Kaspian Telekom"un qanuni təmsilçisi də Fərid Sadıqov olub."Kaspian Telekom" provayder şirkətdir, televiziya və internet xidmətləri operatoru kimi kabel televiziyası, IPTV, fiber-optik internet xidmətləri göstərir. AİLƏ TV bu şirkət tərəfindən yayımlanır.2017-ci ildən şirkəti Orxan Əliyev Fikrət oğlu təmsil edir.Mehdiyevin kürəkəninə məxsus "Astoriya" MMC-nin hüquqi qeydiyyatda olduğu Landau küçəsi 6 ünvanında onunla eyni gündə daha bir şirkət - "TNH" MMC hüquqi qeydiyyatdan keçib. Şirkətin təsisçiləri Kəmaləddin Heydərova məxsus "GİLAN" MMC və "Hikmət İnşaat” MMC, qanuni təmsilçisi isə Əşrəfov Zaur Oqtay oğlu olub.Jurnlaist daha sonra yazır: “Həm Ramiz Mehdiyevin kürəkəninin şəriki Fərid Sadıqov, həm də Kəmaləddin Heydərova məxsus törəmə şirkətin rəhbəri Zaur Əşrəfov 2015-ci ildə Xətai rayonu Zığ yolu, 16 ünvanda baş vermiş dəhşətli yanğına görə Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.Yanğının səbəb olduğu poliuretan üzlüklər Kəmaləddin Heydərova məxsus “TNH” şirkəti tərəfindən istehsal olunmuşdu. Üzlüklərin odadavamlı olmasına isə Heydərovun rəhbərlik etdiyi FHN rəy vermişdi.Yeri gəlmişkən, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 2014-cü ildən FHN-də Kəmaləddin Heydərovun müavinidir”.
AnaXeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar