Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentin işlər müdirinin tikinti biznesi

19-08-2019, 08:37   

Kontinent İnşaat” MMC fəhlələrin pulunu niyə vermir?

Saytımıza müraciət edən Qasımov Veysəl “Kontinent İnşaat” MMC şirkəti tərəfindən pullarının mənimsənilməsini bildirir. Onun bildirdiyinə görə, “Xətai Park” kompleksində yüz min manata yaxın suvaq işləri görüblər. Lakin pullarının hamısını ala bilməyiblər, şirkət otuz min manatdan artıq pulu ödəməkdən imtina edib. Edilən şikayətlərə isə məhəl qoyulmur.

Veysəl Qasımovun bildirdiyinə görə, “Kontinent İnşaat” MMC-nin əsl sahibi Prezidentin işlər müdiri Oktay Şahbazovdur. Şirkəti Oktay Şahbazovun kürəkəni Əli Hüseynov idarə edir. Haqlarını tələb edənlərə “Bu prezidentin şirkətidir, hara istəyirsiniz gedin”- deyib yola salırlar.


Şikayətçi həmçinin şirkətin mühafizə rəisi Vüsal adlı şəxs tərəfindən hədələndiyini də bildirib. Amma buna baxmayaraq geri çəkilməyəcəyini deyib.
Veysəl Qasımlı (Veysəl Əylisli) həm də həvəskar bəstəkardır. Bir çox məhşurlar onun bəstələdiyi mahnıların ifaçısı olub.
Məsələ ilə bağlı şirkətin rəhbəri Əli Hüseynova edilən zənglərimiz cavabsız qaldı. Buna baxmayaraq onların mövqe bildirmək hüququ tanınır.
Şikayətçi Veysəl Qasımovla söhbəti izləyicilərimizə təqdim edirik.

azadliq.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar