Ana səhifə

Əbülfəz Məlikovun oğlu Murad Məlikovun xaricdə atasının varidatından geri qalmayan sərvəti aşkarlandı - SƏNƏDLƏR

    Tarix: 04-10-2019 09:43   
 

ANAXEBER.INFO yazır ki, mətbuatda gedən tənqidi materiallardan Azərbaycan içtimaiyyətinə məlıum olan məşhur "Broker Əbülfəz" ayamalı Əbülfəz Məlikovun oöğlundan daha bir məlumat dövrəyə buraxılıb. Məşhur müstəqil araşdırmaçı jurmalist Cavanşir Həsənlinin sosial şəbəkədə paylaşdığı araşdırmadan məlum olur ki, Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. "AMAR-ŞİRVAN" MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.
Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.
Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış...
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net