Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabirabad regional maliyyə hesablama idarəsindən şikayət

26-06-2020, 10:36   
 

Təhsil Nazirliyinin 12 saylı Sabirabad regional maliyyə hesablama idarəsi yeni evrikaya imza atıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə xəstəliklə və digər səbəbdən məzuniyyətdə olan müəllimlərin dərsləri əvəzetmə qaydası ilə digər müəllimlərə verilibsə, iyun ayı üçün həmən dərslərə aid məvacibi vermir. Halbuki sovet dövründən üzü bu yana belə nonsens olmayıb. Və belə çıxır ki, məzuniyyətlərə də əl qoyacaqlar. Bu hansı qanunla
təmzimlənir? Axı məzuniyyətdə olan müəllim işdə olsaydı o pul paşa-paşa veriləcəkdi. Əvəzedici müəllimin hüququ hansı qanun və məntiqlə pozulur? Bu barədə təhsil Nazirliyinə müraciət etmişik. Görək cavabları nə olacaq…
Hələ ki, online şikayətimizə TN cavab verməyib. Amma fikrimizdə israrlıyıq. Ya bu tutulmalar hansı qanunla təmzimləndiyini desinlər, ya da bu qanunsuzluğa son qoysunlar. Məntiqlə iyun ayının ikinci yarısı üçün qeyd olunan məsələyə görə maaşlarımız tutulursa, rüb və yarımil tətillərinə görə də bu əməliyyat aparılmalıdır.
Üstəgəl illərlə belə bir hal baş verməyib, belə çıxır ki, həmin illərə görə də əvəzetmələrə görə müəllimlərə buraxılan pullar tutulmalıdır. Yəni burda maliyyə pozuntusu olubsa, bu iş qaydasına qoyulmalıdır, yox, olmayıbsa, indi hansı əsasa əməkhaqları tutulur. Şəxsən mənim Sabirabad r-n Təhsil Şöbəsinin mühasiblərinə verdiyim sual cavabsız qaldı. Tutulmanın hansı əmr, sərəncam ya qanunla təmzimləndiyini mənə deyə bilmədilər. Hələ üstüörtülü başa salmağa çalışdılar ki, özümü yormayım, belə bir qanun-filan yoxdur, yuxarıların əmridir. Bu yuxarılar kimdir və müəllimlərin cibinə hansı səbəbdən girirlər, bu suala cavab tapmaq istəyirik
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar