Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyanın Ermənistandakı hərbi bazasına qarşı qiyamın anonsu

18-07-2018, 17:58   


Rus hərbçilərinin Panik kəndində sakinlərə yaşatdığı vahiməli anlar ermənilərdə kəskin etirazlar doğurub; “Rusiya hərbçiləri Ermənistanda özlərini heç evlərindəki kimi də hiss etmirlər, çünki...”

Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının bir qrup hərbçisinin – təqribən 30 nəfər - 17 iyulda yerli əhalini vahiməyə salması işğalçı ölkədə ciddi gərginliyə və anti-Rusiya əhvalının artmasına səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Artik bölgəsinin Panik kəndi yaxınlığında yaşanan hadisələrlə bağlı Şirak bölgəsinin rəhbəri Karen Saruxyan da danışıb.

O bildirib ki, 18 iyulda baş verənlərlə əlaqədar hərbi bazanın komandir müavini Aleksey Palyuxaviçlə görüşüb. Görüş zamanı bildirilib ki, baş verənlər fors-major xarakterli olub. Rus zabit komandir heyətinin bununla bağlı hər hansı əmr vermədiyini iddia edib. Həmçinin bildirib ki, bir daha belə hadisə təkrarlanmayacaq. Saruxyan deyib ki, Palyuxaviç yerli sakinlərdən üzr istəyib və baş verənlərin günahkarlarının cəzalandırılacağını deyib. “Araşdırmalar aparılır və biz nəticəni gözləyirik”, Saruxyan deyib.

ÐаÑÑинки по запÑоÑÑ rusiya hÉrbi baza

Erməni mediası yazıb ki, hərbçilər qəfildən Panik kəndinin küçələrində görünüblər. Onlar küçəboyunca atəş açaraq, partlayıcılar partladaraq irəliləyirmiş. Sakinlər əvvəlcə çox qorxublar. Ancaq sonradan bunların rus əsgərləri olduğunu anlayıblar və onlardan özbaşınalığı dayandırmağı tələb ediblər.

Ermənistanda bu hadisə çox sərt reaksiyalar doğurub. Xüsusilə də bundan əvvəl Gümrüdə xidmət edən rus hərbçi Permyakovun bir ailəni məhv etməsindən sonra hərbi bazanın mövcudluğu əleyhinə səslənən fikirlər yenə də aktuallaşıb. Mətbuat yazır ki, nəzərdə tutulmuş qaydaları aşan rusiyalı hərbçilər odlu silahla Ermənistanın istənilən bölgəsinə gedir, hətta istədikləri vaxt atəş açaraq sakinləri qorxuya salırlar.

 Ancaq media Ermənistan hakimiyyətinin dövlətlərarası skandal sayılacaq bu faktla əlaqədar normal araşdırma aparmağa, yaxud Rusiyaya nota verməyə cəsarətinin çatacağına şübhə ilə yanaşır.

Xatırladılır ki, bundan əvvəl də belə hadisələr baş verib. Belə ki, deputat Zarui Postandjan Sünik rayonunda rusiyalı sərhədçilər saxlayıb və onun üzərində axtarış aparmağa cəhd ediblər. Ancaq o zaman məsələnin “daxili qaydalar əsasında” həll olunması barədə qərarın verildiyi vurğulanır. Erməni mətbuatı yazır ki, o zaman rusiyalı hərbçilər silahlı halda sərhəddən xeyli uzaq məsafədə olmalarının izahını vermədilər.

ÐаÑÑинки по запÑоÑÑ Zarui Postandjan

Media ikinci hadisənin isə 2015-ci ildə, Gümrüdə baş verdiyini də xatırladıb. Bildirilir ki, o vaxt Valeriy Permyakov hərbi bazadan silahla çıxaraq Gümrüdə bir ailəni məhv etmişdi. “Rusiyalı hərbçilər bazadan silahla çıxıb dinc erməni şəhərində gəzə bilərmi” sualı da qoyulub.

Dərc olunan yazılarda xüsusi vurğulanıb ki, Rusiya hərbçiləri Ermənistanda özlərini heç evlərindəki kimi də hiss etmirlər. Çünki evdə onlara harasa silahla gəzmək imkanı verilməzdi.

Bütün bunlar onsuz da Paşinyan hökumətinin qurulmasından sonra onsuz da Moskva ilə münasibətləri gərginləşən Ermənistanda Rusiyaya qarşı yeni etirazların baş qaldıracağını deməyə əsas yaradır.

E.PAŞASOY,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar