Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA

18-11-2019, 16:36   

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında yaşanan borc qalmaqalı istilik tariflərinə yenidən baxılmasını gündəmə gətirib.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, qaz, su, elektrik tarifləri bahalaşsa da, istilik tarifləri dəyişməz olaraq qalıb:

“Ümumilikdə “Azəristliktəchizat” ASC istilik tariflərinə baxılması üçün Tarif Şurasına müraciət etmir. Biz dövri olaraq Tarif Şurasına hesabatları təqdim edirik, tariflərlə bağlı qərarı onlar özləri verirlər”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda istilik tariflərinə baxılması müzakirə edilmir:

“Azəristiliktəchizat ASC tərəfindən tariflərlə bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, hazırda əhali qrupu üçün istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat (aylıq), qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25  manatdır (aylıq).

Sıra №-siXidmətlərin növüİstehlakçı qruplarıÖlçü vahidiTariflər


(ƏDV ilə, manatla)

IMərkəzi isitmə1. Əhali üzrə1 m2 yaşayış sahəsi0,15 (aylıq)
2. Qeyri-əhali üzrə1 m3 isidilən həcm0,25 (aylıq)
1 Qkal30,0







 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar