Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Popkorn”layan parlamentin kaprizləri - “Oqtay müəllim siz o mülkləri hansı pulla almısız”?!

11-05-2019, 09:02   


 


Deputat Rasim Musabəyovun “popkorn” fırtınası haqlı olaraq sosial şəbəkələri bəzədi. Cəmiyyətdə əvvəlcə müxalifətçi, sonra sürüşkən şəkildə hakimiyyətə tərəf dreyf edən politoloq imici ilə tanınan Musabəyovun parlament fəaliyyətinə veriləcək qiymət sıfrın altında ola bilər. Baxmayaraq ki, onun sıfrın üstünə qalxması üçün bütün imkanları var idi. Politoloq idi (idi), siyasi tərzlərin və situasiyaların yayğın şərhləri üzrə tanınmış ictimai simalardan idi (indi də elədir) və əlbəttə, deputatın özünü sıfırdan yuxarı qaldırması üçün bu start baqajı yetərli ola bilərdi. Amma olmadı

Rasim Musabəyov parlamentdəki müzakirələrdə yadda qalan birisi deyil. Kimsə onun parlamentdə hansısa parlaq və ya sönük çıxışını misal gətirə bilməz. Ola bilər, dəhlizlərdə, ordakı çayxanada- kafedə öz parlaq fikirlərini bölüşmək üçün adam və şərait əldə edə bilir, amma iclas salonundan səsi gəlmir. O, qeyd etdiyimiz kimi, sıfrın altında görükmür. Elə buna görə də, cənab Musabəyovun ictimai müzakirəyə təqdim edildiyi məsələ də, elə öz müstəvisində baş verdi: yolun üstündə deyil, altında- sıfırdan aşağıda.

Rasim Musabəyov spikerin həyat yoldaşının olduğu ziyafətdə

Yolun altında, keçiddə hansısa bir uşağın, yeniyetmənin popkorn satdığını görən deputatın burnu gicişib, rahatsız olub, ayıd edə bilib ki, bu qoxu popkorndan gəlir və dərhal da bunu özünə aid olan sosial səhifədə müzakirəyə çıxarıb. Bu şəkildə deyil: “azərbaycanlılar niyə belə iylənmiş və potensial zəhərli qida qəbul edirlər”. Bu şəkildə ki, “orda bu uşağın satdığı popkorndan iy gəlir, u şağı da, popkornu da ordan rədd etmək gərəkdir”. (Görəsən, deputat Musabəyov sarımsaq yeyirmi”?

Azərbaycan parlamentinin üzvlərinin mütləq əksəriyyəti belə düşük performanslarla ictimai yaddaşa düşürlər. Onların hamısını saymağa dəyməz. Qınamağa da dəyməz. Çünki, parlament belə elementlərdən ibarət olaraq formalaşdırılır. Popkorn satan bir uşağın yerində olmaması nə “Azneft” meydanındakı yeraltı keçid üçün, nə Bakı üçün, nə də Azərbaycan üçün sıxıntı yaradır. Amma Azərbaycan parlamentində sadəcə Rasim Musabəyov kimi bircə deputatın olması, bütün ölkə üçün fəsadlar yaradır. Üstəlik, bunu 125-ə vursanız, həmin o “popkorn deputat”ların bütün ölkədə saçdıqları xoşagəlməz qoxunun nə qədər kəsif və zəhlətökən olduğunu hesablaya bilərsiz.

Amma deputatların Azneft meydanındakı yeraltı keçiddən yox, elə oturduqları parlament binasının daxilində gözlərinə sataşan diri varlıqların hər birinin varlığından saçılan qoxunu müzakirə etmək üçün, ictimai rəy qəhramanına çevrilməsi üçün böyük imkanları var. Məsələn, təsəvvür edin ki, Rasim Musabəyov növbəti iclasların birində söz alır, üzünü spikerə tutaraq həyəcanlı səslə və təmkinli içlə deyir: “Cənab Əsədov, lütfən məlumat verin, görək, sizin Moskvadakı Triumf Palacdakı bahalı mənziliniz, həyat yoldaşınızın elə həmin şəhərdəki striptiz klubu, kürəkəninizin Londondakı bahalı evi hansı pullar hesabına əldə edilib”?

Təsəvvür edirsizmi, birdən- birə Rasim Musabəyov necə qəhrəmana çevrilir?! İctimai rəy onu bütün qovğaların və mübahisələrin- müzakirələrin föpvqünə qaldırıb ordan yerə çırpmır! Axı, o, gerçək qəhrəmandır! Əlbəttə, bunu yuxu kimi, xəyal kimi yox, elə gerçək olay kimi, proqnozlaşdırılması mümkün olan versiya kimi düşünün. Niyə də olmasın? Axı, o, Azneft meydanındakı yeraltı keçiddə popkorn satan uşağa ən sərt və birmənalı şəkildə, radikal və kompromissiz surətdə irad tutaraq öz əzəmətini göstərə bilmişdir! Bunu bəyəm, o biri deputatlar görmürdülər? Görürdülər, onlardan bəzilər, məsələn, Aydın Mirzəzadə, hətta üstüörtülü şəkilkdə də olsa, boynuna aldı ki, o, nəinki həmin uşağı görüb, hətta ondan popkorn da alıb qəbul etmişdir. Aydın Mirzəzadə heç zaman Oqtay Əsədova bu qədər sərt sualla müraciət etməz, cəsarəti çatmaz. Amma Rasim Musabəyov edər. Çünki, o, deputat olana qədər də politoloq idi, korrupsiyanın siyasi idarəetməni hansı eybəcər hala saldığını əla bilir, lap termometr qədər yaxşı bilir. Baxmayaraq ki, spikerin termometrlik halı yoxdur, onun temperatur göstəriciləri adi bioloji ölçüləri aşıb- daşmışdır.

Və… heyhat! Bu, Azərbaycan parlamentidir. Spikeri Oqtay Əsədov şəklində, popkornu Rasim Musabəyov şəklində, deputatı isə… lənət şeytana, orda deputat yoxdur.

azadliq.info

Zaur Əliyev


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar