Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda Con Boltonla görüşəcəklər

20-06-2019, 08:13   
 



Vaşinqton/19.06.19/Turan: Azərbaycan və Ermənistan XİN başçıları iyunun 20-də Vaşinqtonda Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparacaqlar.
Nazirlər Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun münaqişə zonasında hazırki gərginliyi və atəşkəs rejiminin möhkəmləndirilməsi yollarını, habelə dialoqun yüksək səviyyədə davam etdirilməsi məsələsini müzakirə edəcəkləri gözlənilir, bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ paytaxtındakı diplomatik mənbələr bildirib.
Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şoffer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), habelə ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşikin iştirakı ilə keçiriləcək.
Görüş başa çatdıqdan sonra hər iki nazir dövlət katibinin müavini Con Sallivanla görüşmək üçün ayrı-ayrılıqda Dövlət Departamentinə gedəcək. Nazirləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavri Con Bolton tərəfindən də qəbul ediləcəkləri gözlənilir.
"Birləşmiş Ştatlar regionda sülhün təşviqinə yardım etməyə hazırdır", deyə Bolton dünən axşam Tvitter akkauntunda yazıb. -23B-
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar