Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BMT-nin institut direktoru “Nərgiz” klinikasında olub

15-09-2018, 08:31   




BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza Azərbaycanda səfərdədir.

Reportyor.info xəbər verir ki, AMEA-da və bir sıra qurumlarda görüşlər keçirən institut direktoru “Nərgiz” klinikasında da olub. Bu barədə məlumatı klinikanın baş həkimi Məlahət Qəhrəmanova verib. Onun sözlərinə görə,
M.Formozanın səfəri zamanı AMEA-da olub və herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə edilib, birgə tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: “Həmçinin AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görülən işlərin yüksək fundamental və praktiki əhəmiyyəti, bu istiqamətdə aparılan tədqiqatlarda mövcud imkanlardan istifadə olunmasının zəruriliyi vurğulanıb. Bizim də AMEA-nın Fiziologiya İnstitutu ilə birgə müəyyən işlərimiz var və bu haqda BMT-nin institut direktoruna məlumatlar verdik, ətraflı müzakirələr apardıq”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar