Ana səhifə

Qardaş bacının başını kəsdi — Xırdalanda dəhşət - F

    Tarix: 25-11-2019 12:23   
 

 oxu.az-n  məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə saytımıza açıqlamasında bildirib ki, başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyeva bir müddət Birliyin Sığınacağında yaşayıb:

“Onun qeyri-rəsmi nikahdan bir övladı olub. Fikrimcə, bu, çoxdan yarım qalan bir ailənin yekunu idi. 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər.

Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu bizim sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub”.

Qeyd edək ki, A.Fərzəliyeva doqquz aylıq uşaq anası olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb:



Onun sözləırinə görə, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. 

İlkin istintaqla hadisənin Babək Fərzəliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzəliyevanı qəsdən öldürdüyünü etiraf edib. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net