Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hürrü Əliyevin seçki qərərgahı yaradıldı

13-01-2020, 10:14   
 

15 saylı Yasamal 1-ci seçki dairəsindən daha bir iddialı namizəd növbədənkənar parlament seçkilərində mübarizə aparacaq.”Bəyaz Hərəkat”ın başqanı Hürrü Əliyev bu seçki dairəsindən seçkilərə qatılacaq. Hərəkatın İdarə Heyətinin bu gün keçirilən toplantısında digər dairələrlə yanaşı, qurumun rəhbəri Hürrü Əliyevin nazmizədliyi 1979-ci ildən qeydiyyatda olduğu və yaşadığı ərazini əhatə edən 15 saylı Yasamal 1-ci seçki dairəsindən irəli sürülüb.
“Bəyaz Hərəkatı” mətbuat xidmətindən verilən məlumata görə, ötən həftə imza vərəqələri və müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim olunmuşdur. Bu günlərdə isə “Bəyaz Hərəkatı”nın ofisində Hürrü Əliyevin seçki qərərgahı yaradılıb. Xalq Hərəkatının fəallarından olan Həsən Qasımov seçki qərərgahının rəhbəri seçilib. Seçki qərərgahına bir çox keçmiş hərəkatçılar və millətçi gənclər qoşulublar. “Bəyaz Hərəkatı” mətbuat xidmətinin məlumatına görə Hürrü Əliyevin namizədliyi qeydə alındıqdan sonra seçki təbliğatı və görüləcək işlərin proqramı haqda mətbuata geniş məlumat veriləcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar