Ana səhifə

''Bu gün verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir''

    Tarix: 19-06-2019 08:55   
 

İqtisadçı: ''Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən''
"Minimum əmək haqqının 250 manata çatması, çox sayda dövlət-hökumət qulluqçularının maaşının 40 faiz artması yaxşı xəbərdir. Azərbaycanda maaşlar çox aşağıdır, qalxmalıdır, yəqin ki, təqaüdlər də qalxacaq, bunu da etmək lazımdır. Amma ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib. Ölkə əlavə dəyər yaratmır, ixracın 91,2 faizi enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir".
İqtisadçı Natiq Cəfərli belə deyir. Əlavə edir ki, belə olan halda manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən. Ya da, dollar olaraq məbləğ dəyişməyəcək, amma həmin dolların manat ekvivalenti artacaq:
"Necə? Çox sadə: Dollar indiki 1.70 manat məzənnəsindən 2 manat və daha yuxarı məzənnəyə qalxacaq. Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır".

İqtisadçı düşünür ki, bu gün verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görünəcək.
İyunun 18-də Prezident İlham Əliyev 17 sərəncam imzaladı. Bununla da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq məvacibi artırıldı.
Sərəncamda bildirilir ki, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır.
Prezident Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.
İlham Əliyevin bu ilin fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net