Çin ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Federasiyasına texnologiya ixracını iki dəfə azaldıb. ABŞ-ın ticarət naziri Gina Raimondo bildirib ki, Pekin ticarət qadağalarını pozmaqdan ehtiyat edir.
Bu barədə “The Washington Post” xəbər verir.
Nəşr yazır ki, martda Çindən Rusiyaya noutbukların tədarük həcmi əvvəlki ayla müqayisədə 40%, smartfonların ixracı isə üçdə iki (2/3) dəfə azalıb. Bundan əlavə, Çindən telekommunikasiya şəbəkəsi avadanlıqlarının ixracı da 98% azalıb.
Qeyd edək ki, indiyədək Pekin Rusiyaya Qərbin sanksiyalarından yan keçməsinə kömək etmək niyyətini nə rəsmən inkar edib, nə də təsdiqləyib. Öz növbəsində ABŞ Çin şirkətlərinə texnologiya satışına məhdudiyyətlər qoya bilər.
Xəbər verdiyimiz kimi, Çinin dövlət neft emalı zavodları xammalın emalı üçün Rusiya ilə yeni müqavilələrdən də yayınır. Bununla belə, onlar mövcud müqavilələr üzrə şərtləri yerinə yetirməyə hazırlaşırlar.
Eyni zamanda Kiyev Pekinə təhlükəsizliyin təminatçılarından biri kimi çıxış etməyi təklif edib.
Hurriyyet.az