Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİN NÜVƏ QATARINI UKRAYNAYA GÖNDƏRDİ – Nüvə hücumuna hazırlıq başlayıb + FOTOLAR (Yeniənib)

4-10-2022, 18:54   




Rusiya Prezidenti Vladimir Putin Ukrayna sərhədlərində nüvə silahını sınaqdan keçirməyə hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Kreml döyüş meydanında ərazilər itirməyə başladığı bir vaxtda, yeni eskalasiya prosesinə hazırlıq görməyə başlayıb. Belə ki, Putinin gizli nüvə bölmələrini idarə edən qatarı Ukrayna göndərdiyi bidirilir.

Polşalı analitik Konrad Muzyka bildirib ki, Rusiyanın mərkəzi hissəsində görüntülənən qatar Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin tabeliyindədir və nüvə döyüş sursatlarının saxlanması və daşınması prosesini icra edir: "Bu hərbi karvan Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur. Sözügedən idarə nüvə sursatları, onların saxlanması, daşınması və bölmələrə çatdırılmasına cavabdehdir".

Muzik iddia edib ki, Rusiya prezidenti Vladimir Putin son vaxtlar etdiyi təhdiddən sonra nüvə silahları proqramı üçün avadanlıq daşıyan karvanı işə salaraq Qərbə siqnal göndərməyə çalışır.

Buna baxçayaraq, ukraynalı ekspert görüntülərdə "atom bombası atılmasına hazırlıq" kimi işarələrin olmadığını da vurğulayıb.

Rusiyadan yola düşən qatarda nüvə silahı avadanlıqları daşındığı iddiasına Qərb mediası geniş yer ayırıb. 

ABŞ-ın müdafiə naziri Loyd Austin deyib ki, Putin Ukraynada nüvə silahından istifadə ilə bağlı hədə-qorxu gəlməklə “blef etmir”.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrel "BBC"yə verdiyi açıqlamada müharibənin təhlükəli həddə çatdığını bildirib və Putinin blef etmədiyini vurğulayıb.

Qeyd edək ki, NATO-nun dünənki xəbərdarlığına görə, Putinin "qiyamət silahı" adlandırılan nəhəng nüvə sualtı qayığı "Belqorod" Ağ dənizdəki bazanı tərk edib. Nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib və böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir və Nyu-York, Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

“AzPolitika.info”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar