İran prezident seçkisində islahatçı deputat az fərqlə önə çıxır

29-06-2024, 10:06   



İranda növbədənkənar prezident seçkisinin ilkin nəticələri islahatçı deputat Məsud Pezeşkianın rəqiblərindən az fərqlə önə çıxdığını göstərir. İyunun 29-na keçən gecə açıqlanan ilkin nəticələrə görə, Məsud Pezeşkian səslərin 42 faizini yığıb. Sərt xətt tərəfdarı Səid Cəlili 40 faiz səs yığıb. Parlamentin keçmiş mühafizəkar spikeri Məhəmməd Bağer Qalibaf 13 faizlə rəqiblərindən xeyli geri qalır.

Keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi xeyli az səs yığıb.

Namizədlərdən heç biri birinci raundda azı 50 faiz səs toplaya bilməsə, iyulun 5-də ikinci tur keçirilməlidir.

***

İran prezidentinin seçkilərində səsvermə müddəti iyunun 28-i gecə yarısınadək uzadılıb.

Dörd namizəddən hər hansı birinin dərhal qalib elan ediləcək qədər səsə sahib olacağı gözlənilmir.

Namizəd bu yarışda qalib gəlmək üçün səslərin azı 50 faizini qazanmalıdır.

***

İranda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Yerli vaxtla səhər saat 8-də 58 mindən çox seçki məntəqəsi açılıb.

IRNA agentliyinin məlumatına görə, 14-cü prezident seçkilərində 61 milyon 452 min 321 vətəndaşın səsvermə hüququ var.

Prezidentliyə dörd namizəd iddia edir: islahatçı deputat Məsud Pezeşkian, keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi, keçmiş nüvə danışıqçısı və Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin spikeri Məhəmməd Bağer Qalibaf.

27 iyun

Haşimi və Zəkani seçkilərdən geri çəkildilər

Tehranın sərt xətt tərəfdarı olan meri Əlirza Zəkani İran prezidentliyi uğrunda yarışdan çıxdığı elan edib.

Bu, mühafizəkar düşərgəyə vahid namizəd məsələsində konsensus əldə edilməsinə kömək məqsədilə 28 iyun seçkisi ərəfəsində verilən artıq ikinci istefadır.

Bundan əvvəl İranın mühafizəkar xadimi, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi seçkilərə bir gün qalmış prezidentliyə namizədliyini geri götürüb.

"İnqilab qüvvələrinin birliyini qorumaq üçün mən seçki kampaniyasından imtina edirəm. Hörmətli İran xalqına, hörmətli Keşikçilər Şurasına, Daxili İşlər Nazirliyinə və seçki qərargahımın bütün üzvlərinə minnətdaram", - Haşimi X səhifəsində yazıb.

Azərbaycanlı namizəd İran prezidenti seçiləcək? Rəy sorğularında ikincidir.
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:0013:510:00






10 iyun

İranda prezident seçkilərinə altı namizəd buraxılıb

İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.

İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar - vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.

Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi və Tehran meri Əlirza Zəkani də seçkilərdə iştirak edəcəklər.

Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.

İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar