Sizin Reklam Burada

Azərbaycan Türkiyə ilə birgə Qarabağda antiterror əməliyyatına başlaya bilər

26-09-2020, 09:07   



PKK və digər terror qrupların kökünü kəsmək üçün əsl fürsət yetişib...

Ermənistan gələcək terror aktlarına, döyüşlərə hazırlaşmaq və erməni hərbiçilərini yetişdirmək üçün PKK terror təşkilatının və digər terrorçu qrupların üzvlərinin işğal altında olan Qarabağa köçürür. Məsələ artıq “SOS” siqnalı vermək və təcili hərəkətə keçmək həddində ciddiləşməkdədir.
Artıq Avropanın tanınmış media orqanlarında da Ermənistanın PKK və digər terror qruplaşmalarının üzvlərini Qarabağa gətirdiyi barədə xəbərdarlıq xarakterli yazılar dərc olunmaqdadır. Qeyd olunur ki, Qarabağa yerləşdirilən PKK-çılar tək Azərbaycan üçün deyil, bütün bölgə, Türkiyə və Avropanın özü üçün də yeni təhdid yaradır.
Bəs bu fakt Azərbaycana və Türkiyəyə hüquq verirmi Qarabağda antiterror əməliyyatlarına başlasın?
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistandan və xaricdən gələn silahlı erməni qrupları Qarabağ ərazisində azərbaycanlılara qarşı terror əməliyyatları keçirdiyi ilk gündən antiterror əməliyyatlarına başlamalı idi: “Təəssüf ki, 1988-1991-ci illərdə separatçı və terrorçu erməni qruplaşmaları effektiv şəkildə zərərsizləşdirilmədi. 1992-ci ildən isə Azərbaycan Qarabağın dağlıq hissəsində yerləşən əsas mövqelərini itirdi və bununla da keçmiş DQMV ərazisində antiterror əməliyyatları keçirilə bilinmədi. Əksinə, proses geniş miqyaslı hərbi əməliyyatlar müstəvisinə keçdi. Yəni Azərbaycan qeyd etdiyim dövrdə hərbi və hərbi-siyasi formatda antiterror əməliyyatlarını uğurla keçirmək imkanlarını itirdi. Kəlbəcərin işğalında PKK-çıların iştirak etdiyini sübuta yetirən sübutlar da var. Dediyim odur ki, Ermənistan PKK və digər terror qruplarından hələ 1990-cı illərdən istifadə edirdi. İndi isə belə görünür ki, daha böyük miqyasda istifadə etmək istəyirlər. Odur ki, bu gün Azərbaycan dövləti üçün Qarabağda antiterror əməliyyatlarına başlamağa əsas və münbit şərait yetişib. Əgər Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində - Qarabağda 30 ildir məskən salmış separatçı erməni terrorçularından başqa PKK və digər terror qruplaşmaları toplayıb, bizə qarşı istifadə etməyi planlaşdırırsa, ərazilərimizin azad olunması, həmin terror qruplaşmalarını zərərsizləşdirmək tədbiri birmənalı olaraq antiterror əməliyyatı adlandırılmalıdır. Azərbaycanın buna hüququ çatır.
Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Ramil Məmmədli
O ki qaldı Türkiyənin bu əməliyyatlarda iştirakına, əvvəlcə bildirmək istəyirəm ki, Azərbaycan antiterror əməliyyatlarını öz resursları ilə də aparmaq iqtidarındadır. Lakin 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”yə görə, Azərbaycan Türkiyədən terrorçularla mübarizə üçün kömək istəyə bilər və rəsmi Ankara da buna müsbət yanaşar".
Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Ermənistan Azərbaycan ordusunun gücünü yaxşı bilir, eyni zamanda, müharibənin qaçılmaz olduğunu da başa düşür: “Buna qarşı hazırlıq tədbirləri görməyə çalışır, amma ordusu yox dərəcəsindədir, çox zəifdir, erməni əsgərləri Qarabağda vuruşmaq istəmirlər. Ona görə də Ermənistan rəhbərliyinin terrorçu qruplardan başqa ümid yeri qalmayıb. Terrorçu qrupların ermənilər tərəfdən Qarabağa gətirilməsi artıq heç kəsə sirr deyil, bunu Azərbaycan və Türkiyə artıq rəsmi qaydada ortaya qoyublar və  bir çox xarici mənbələr də təsdiq edir. Bu şəraitdə Azərbaycan beynəlxalq hüquqa söykənərək , antiterror əməliyyatlarına başlaya bilər və başlamalıdır. Azərbaycan ləngisə, bir azdan oraya yerləşdirilən terror dəstələrini çıxarmaq çox çətin olacaq. Bu ərazi dünya üçün də, o cümlədən qardaş Türkiyə üçün də təhdid məkanına çevriləcək. Terrorçu dəstələrinin içərisində PKK mənsublarının olması Türkiyə üçün də əlavə təhlükələr yaradır. Türkiyənin bütün dünyanın terror təşkilatı kimi tanıdığı PKK və onun quyruqlarına qarşı Qarabağda antiterror əməliyyatları keçirməyə tam haqqı var. Sadəcə, bir daha vurğulayıram ki, Türkiyə və Azərbaycan bu məsələdə ləngiməməlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar