Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Düşmənin kəşfiyyat-diversiya qrupu tam məhv edildi

1-11-2020, 09:07   


Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.
Virtualaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.
Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar