Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

RUSİYANIN HANSI BƏYANATINA İNANAQ? - Peskov nə söyləyir, Putin nədən dəm vurur?

3-12-2020, 15:00   




Azərbaycana, xüsusilə də Qarabağ münaqişəsinə yönəlik Rusiyanın mövqeyi həmişə ziddiyətli olub - açıq və ya örtülü.
İkinci Qarabağ müharibəsi və postmüharibə mərhələsində bu ziddiyət özünü daha qabarıq şəkildə büruzə verir.
Azərbaycan bu müharibədə qələbə çalıb, özünün ərazi bütövlüyünü bərpa etsə də, Rusiya dövləti  "sülhməramlı məkri" ilə bunu tam reallaşdırmağa imkan verməmək istəyir.
Bu istiqamətdə iki əsas «vektor»u önə çəkmək olar. 
Birincisi, Rusiya dövlətinin (prezident Vladimir Putinin) rəsmi mövqeyi, ikincisi isə Rusiya KİV-nin və «tör-töküntü» siyasətçilərin mövqeyidir.
Hər ikisinin də Rusiya «dərin dövləti» tərəfindən kordinasiya olunduğu və bir məqsədə - imperialist ambisiyalara xidmət göstərdiyi şübhə doğurmur.
Başqa sözlə desək, Rusiya rəsmilərin dili ilə deyə bilmədiklərini KİV-in və tör-töküntülərin dili ilə bəlli ünvanlara çatdırır. Buna misal olaraq, diqqəti son günün iki «mübhəm»inə yönəltmək istərdik.
Birincisi, rus dili və buna yönəlik Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun söylədikləridir.
Rusiya KİV-in yazdığına görə, Moskva qondarma “Dağlıq Qarabağ Respublikasında” rus dilinə ikinci «dövlət dili» statusu verilməsini alqışlayır və onun gələcəkdə də yayılmasına kömək etməyə hazırdır.

Bununla bağlı dekabrın 2-də Peskov da açıqlama verib.O deyib: «Rus dili istənilən halda Qarabağda da, Ermənistanda da işlədilir. Azərbaycanda da rusca danışırlar. Ümumiyyətlə, dünyanın bir çox yerində rusca danışırlar, o cümlədən, keçmiş Sovet İttifaqı məkanında. Ona görə danışırlar ki, o, əlverişli ünsiyyət dilidir. Buna görə də, onu həmişəki kimi öyrənirlər. Təbiidir ki, biz bunu hər cür alqışlayırıq və onun gələcəkdə də yayılmasına kömək etməyə hazırıq…».
Dediklərinin nə qədər absurd və dövlətlərin suverenliyinə qəsd olduğunu anlayan prezident «mirzəsi» dərhal yaratdığı «üfunət qoxulu» atmosferi bir qədər “təmizləmək” üçün də bildirib ki, Rusiya rus dilinin Ermənistanda və Azərbaycanda ikinci dövlət dili elan olunmasını təklif etmir .

Əlavə edib ki, bu, istənilən ölkənin daxili işidir: «Bu, danışıqlar və ya təmaslar mövzusu deyil. Bu, de-fakto situasiyadır ki, həm Azərbaycanda, həm də Ermənistanda rusca danışırlar».
Bu «mirzə»nin danışığındakı ziddiyətə diqqət yetirdinizmi? Məsələ müzakirə, hətta təmas mövzusu deyilsə və Rusiyanın belə təklifi yoxdursa, onu dilə gətirmək hansı məqsədə xidmət edir?
Açıq deyilməsə də, məqsəd aydındır. Amma Peskov və onun kimilər bilməlidirlər ki, rus dili barədə söylədikləri (arzu etdikləri!) gerçəkdə əks-effekt verir. Hətta qonşu xalqlar arasında rus dilinə güclü nifrət hissi oyadır!
Bəs Rusiyanın «prodajnıye» KİV-ləri bu fikiri haradan «oğurlayıblar»? Əlbəttə ki, erməni kirvələrindən! Məsələn, bundan az əvvəl erməni KİV-ləri belə bir xəbər yaymışdılar ki, guya “DQR-ın” “parlamenti” ərazidə rus dilinə ikinci dövlət dili statusu verilməsi məsələsini müzakirə edir. Bu da olur Rusiyanın sülhməramlı, vasitəçi missiyası - məkrin dərəcəsinə diqqət etdinizmi?
Bütün bunlar o fonda cərəyan edir ki, 44 gülük Vətən müharibəsini zəfərlə başa vurmuş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Dağlıq Qarabağ Respublikası yoxdur, status cəhənnəmə getdi - yoxdur status, Qarbağ var və o, Azərbaycanın bir hissəsidir» - deyə, dünyaya bəyan edib.
Rusiyada isə hələ də bunu anlamaq istəməyənlər var. Başa düşmürlər ki, olmayan subyektin parlamenti olmur?!
Əslində, bu cür faktlar Rusiyanın Qarabağdakı «sülhməramlı missiyasının» gerçək məqsədlərinin başqa olduğunu düşünməyə əsas verir.
Bütün bunlar Azərbaycan cəmiyyətində kəskin etirazlara səbəb olmaya və hətta rus dilinə qarşı qıcıq doğurmaya bilməz…
Birinci mövqe ilə ziddiyət təşkil edən ikinci yanaşma Rusiya prezidenti Vladimir Putinin bu gün sərgilədiyi fikirlərdir. Yerli KİV-in yaydığı xəbərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiltının onlayn iclasındakı çıxışı zamanı deyib: «Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur».

Ancaq sözügedən sənəddə separatçı-terrorçu cinayətkar «qurumu» legitimləşdirmək və onun «palamenti» ilə gizli əməkdaşlığa baş vurmaq nəzərdə tutulmayıb... Belə isə niyə həmin qondama qurumun təmsilçiləri ilə münasibət qurulur?
Kriminal ünsürləri ”legitimləşdirmək” cəhdi Rusiyanın münaqişənin tənzimlənməsində vasitəçi rolunu da, bölgədə sülhməramlı statusu ilə çıxış etməsini də şübhə altına salır....
Belə fikir yaranır ki, Rusiyada müəyyən dairələr bölgədə çox məkrli oyunlara baş vurub və Azərbaycanın suverenliyinəxələl gətirə biləcək  pərdəarxası oyunlar qurmaq istəyirlər.
Ancaq unudurlar ki, Azrbaycan xalqı və dövləti  heç vəchlə buna yol verə bilməz …
Mirzə AĞ
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar