Ana səhifə

Həyatımızın əsas sualları. Sevgi “sadəcə kimyəvi reaksiyadırmı"?

    Tarix: 04-05-2020 10:05   

 

MəşuqlarFotonun müəllifiGETTY IMAGES

BBC Future və "The Conversation" saytı "Həyatımızın əsas sualları" seriyasından olan növbəti məqaləni təqdim edir. Aşağıdakı sualı London sakini Jo göndərib:

"Bu yaxınlarda birinə dəlicəsinə aşiq oldum. Ancaq sinik dostlarım deyirlər ki, sevgi feromonlar, dopamin və oksitosin qarışığından başqa bir şey deyil, iki ildən sonra tükənəcək. Bu fikir məni çox qorxudur. Belə çıxır ki, heç nəyin mənası yoxdur? Doğrudanmı, sevgi beyində gedən kimyəvi prosesdən başqa bir şey deyil?"

Sevgidəki partlama effekti (ən azı romantik, ehtiraslı sevgidə) bu hissin təsvirində də ifadə olunur: "təpədən dırnağa aşir olmaq", "məhv olmaq", "ilk baxışdan vurulmaq", "dəlicəsinə aşiq olmaq", "sevgidən kor olmaq".

Beləliklə, sevgi xeyirin və zərərin əvvəldən götür-qoy edildiyi rasional yanaşma yox, qəflətən meydana çxan hissdir.

Aşiq olan insan tamamilə bu hissə tabe olur, onun təsiri altına düşür.

Bir tərəfdən eşq bir sirdir, amma həm də son dərəcə sadədir: elə ki alovlandı, gedişatını və qaçılamz sonunu təxmin etmək çətin olmur. Bütün zamanlarda və mədəniyyətlərdə insanlar təxminən eyni cür aşiq olurlar.

Sevgi elmdən əvvəl yaranıb. Eşq allahı Kupidonun oxları, eşq iksiri...

Sevgi - qarşısıalınmaz təbiət hadisəsidir. Ancaq onu öyrənmək çox çətindir. Niyə? Bu suala cavab tapmağa çalışaq.

Feromonlar bəzi canlıların ifraz etdiyi və eyni növə mənsub olanlar arasında kommunikasiya yaradan sekresiya maddələridir. Onları əks cinsin diqqətini cəlb etməyə kömək edən əsas alətlər hesab edirlər.

Maraqlı ideyadır. Həşəratlarda feromonlar həqiqətən böyük rol oynayırlar. Ancaq onların insanlarda da olması barədə, demək olar ki, heç bir sübut yoxdur.

Yaxşı, əgər kimyəvi maddələr xarici aləmdə ehtiras yarada bilirlərsə, nədən orqanizmin daxilində də eyni işi görməsinlər?

Bu məsələdə əsas namizəd neyropeptid oksitosindir, bəzən onu yanlışlıqla kiməsə birinə yaxınlıq hissi adlandırırlar. İnsanlar da daxil olmaqla, bu kimyəvi maddə canlıların sosial davranışalrını tənzimləyir.

Onun fəaliyyəti geniş miqyasda tədqiq edilib, xüsusilə də bir-birinə bağlılıqlarını çox aydın bəlli edən monoqam gəmiricilərin, çöl siçanlarının nümunəsində.

Sevgi doğrudan da kimyəvi prosesdirsə, onu ömrümüzün sonuna kimi saxlamaq mümkündürmü?Fotonun müəllifiGETTY IMAGES
Image captionSevgi doğrudan da kimyəvi prosesdirsə, onu ömrümüzün sonuna kimi saxlamaq mümkündürmü?

Orqanizmdəki oksitosin istehsalı prosesini bloklayanda, çöl siçanları arasındakı qarşılıqlı bağlılıq (insanlardakı sevginin surroqatı) zəifləyir, gəmiricilər emosiyalarını daha az büruzə verməyə başlayırlar.

Poliqam gəmiricilərdə oksitosinin miqdarını artırmaqsa onlarda müxtəlif seks macəralarına həvəsi azaldır.

Ancaq insanlarda bu proses xeyli hamar keçir, gəmiricilərdəki kimi kəskin xarakter daşımır - romantik seçimlərdəki bilinməyənlərdən ənənəvi olanlara doğru yüngülvari dəyişikliklər baş verir. Yəni oksitosinin sevgiyə ciddi səviyyədə təsiri hələ ki, sübut olunmayıb.

Hərçənd biz bu substansiyanı aşkar etmiş olsaq belə, onun göndərildiyi ünvanı da göstərməliyik. Yəni beynimizdə sevgi məktubları üçün poçt qutusu varmı? Və sevginin subyekti necə identifikasiya olunur? Onun kodunu hansı molekul ötürür?

Aşiq olmuş insanın beynini öyrənən alimlər aşkar ediblər ki, belə beyindəki "işıqlanan" zonalar bir çox hallarda mükafat almaq və ya hansısa məqsədə çatmaq arzusu zamanı aktivləşən hissələrlə üst-üstə düşüb.

Həm romantik sevgi, həm ananın övladına sevgisi və hətta futbol komandasına sevgi zamanı da beyinin eyni hissələri həyəcanlanırsa, bu informsiya bizə çox az şey verir.

Ona görə də burda elmin edə biləcəyi ancaq bir iş var - "təpədən dırnağa aşiq olmaq" prosesini neyrobioloji terminlərlə izah etməyə çalışmaq.

Bəlkə bizə daha çox eksperiment lazımdır? Alim bu suala ənənəvi olaraq "hə" deyər. Ancaq belə demək o mənaya gəlir ki, sevgi mexaniki baxımdan izah edilə biləcək qədər sadə bir şeydir.

Kimə aşiq olmağı ayıq başla, yaxşıca götür-qoy edəndən sonra qərarlaşdırmaq daha yaxşı deyilmi?Fotonun müəllifiGETTY IMAGES
Image captionKimə aşiq olmağı ayıq başla, yaxşıca götür-qoy edəndən sonra qərarlaşdırmaq daha yaxşı deyilmi?

Reproduktiv proseslə bağlı hər hansı qərar nə universal, nə də sadə ola bilər. Biz hər kəsə uyğun gələn yanaşma tərzi və vahid xarakteristika formalaşdıra bilmərik.

Tutalım, uzun boy cəlbedici xüsusiyyıtlərdən biri hesab olunur, ancaq biz ancaq hündür adamları sevsəydik, insanlar çoxdan nəhənglikdən əziyyət çəkərdilər.

Və əgər qərarların qəbulu prosesi mürəkkəbdirsə, onları qəbul etməyə imkan verən neyrobioloji aparat da eyni dərəcədə mürəkkəb olmalıdır.

Təkcə bu məqam romantik cazibənin niyə qəliz hiss olduğunu, aşiq olmağın qəfil və instinktiv baş verməsinin niyə izahedilməz olduğunu, qəbul etdiyimiz digər qərarlardan niyə fərqləndiyini aydınlaşdırır.

Kimə aşiq olmağı ayıq başla, yaxşıca götür-qoy edəndən sonra qərarlaşdırmaq daha yaxşı deyilmi?

"Deyil" cavabının doğruluğunu anlamaq üçün özünüzün aşiq olma səbəblərini rasional baxımdan izah etməyə çalışın.

Rasional düşüncə instinktlərimizdən sonra yaranıb. O bizə həll etməli olduğumuz problemə emosional qapılmadan aralanmaq, onun həlli üsulunu eyni situasiyayla üzləşəcək adamlara da aydın olacaq şəklə salmaq üçün lazımdır. Başqaları bizim həmin problemi necə həll etdiyimizi anlasınlar deyə.

Ancaq aşiq olmaq, sevmək məsələsində kiminsə onun səbəblərini anlamasına ehtiyac yoxdur. Kiməsə vurulmuş adamın heç ağlına da gəlməz ki, öz sevgisinin obyektinə necə aşiq olmağı başaqalrına da öyrətmək üçün instruksiya yazsın.

Təkamül nəzarəti təsvir olunan mədəni prakatikaya təslim etsəydi, hələ çox gənc olan kollektiv rasionalizmi çox böyük ümidlərlə yükləmiş olardı.

Sevgiyə "sadəcə kimyəvi reaksiya" demək Şekspirin "Romeo və Culyetta" faciəsini "sadəcə sözlər" olaraq qiymətləndirməkdir.Fotonun müəllifiGETTY IMAGES
Image captionSevgiyə "sadəcə kimyəvi reaksiya" demək Şekspirin "Romeo və Culyetta" faciəsini "sadəcə sözlər" olaraq qiymətləndirməkdir.

Bundan başqa, diqqətli götürqoyla müqayisədə instiktin primitiv bir şey olduğunu düşünmək yanlışlıq olardı. Əslində, o, potensial olaraq rasional analizdən daha mürəkkəb və daha incədir, çünki düşünülmüş qərar üçün beynimizdə saxlamalı olduğumuz faktorların daha geniş spektrini nəzərə alır.

Bu qənaətin doğruluğunu anlamaq üçün başqalarını üzdən tanımağın onların üzünü təsvir etməkdən nə qədər asan olduğunu xatırlayın. Belədə sevgini tanımaq prosesi nədən başqa şəkildə baş versin ki?

Nəhayət, məsələ həm də bundadır ki, sevginin neyrobioloji mexanizmləri çox sadə olsaydı, biz ətrafda heç nəyə toxunmadan adi inyeksiya və ya skalpel vasitəsilə həmin mexanizmləri işə sala və ya dayandıra bilərdik.

Təkamül biologiyasının soyuq məntiqibizə bunu etməyə icazə vermir. Sevmək bu qədər mürəkkəb olmasaydı, biz heç vaxt inkişafın indiki səviyyəsinə gəlib çatmazdıq

Bəli, fikirlərimiz, emosiyalarımız və davranışlarımız kimi, sevgi də beynimizdəki fiziki proseslərə, onların son dərəcə mürəkkəb əlaqəsinə əsaslanır. Ancaq sevgiyə "sadəcə kimyəvi reaksiya" demək Şekspirin "Romeo və Culyetta" faciəsini "sadəcə sözlər" olaraq qiymətləndirməkdir. İncəsənət kimi, sevgi də tərkibindəkilərin cəmindən daha çoxdur.

Ona görə də sevginin yaratdığı xaosu yaşamaq şansı qazananlar özlərini dalğaların ixtiyarına versinlər. Bir gün sevgi qayığı sualtı qayalara dəyəcək olsa belə, təsəlli tapmaq olar ki, rasional düşüncəylə də bundan uzağa üzmək olmazdı.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net