Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ceyhun Bayramovun Rusiya səfəri nələri dəyişə bilər? – RƏYLƏR

27-08-2020, 14:00   


“Bu səfər tanışlıq görüşü idi”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri və Rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların nəticəsini dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib:

“Əslində Ceyhun Bayramovun bu səfəri tanışlıq xarakteri daşıyırdı. Tanışlıq görüşündə tərəflər ənənəvi siyasətin davamı olaraq, ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ənənəvi yanaşmanı bir daha diqqətə çatdırdılar.
Görüşdə bir məsələ diqqəti cəlb etdi. Lavrov həmsədrlərin dəyişdirilməsi məsələsinin yolverilməz olduğunu dedi. Azərbaycan tərəfi də bəyan etdi ki, məhsuldar danışıqların tərəfdarıdır, münaqişə ətrafında konkret məsələlər müzakirə olunmalıdır. Bu yanaşmalar deyirlər ki, təzad təşkil edir. Amma əslində bir-birinə uyğundur”.
Politoloqun fikrincə, Bakının Minsk Qrupunun tərkibinin dəyişdirilməsi barədə verdiyi mesajlar Kreml tərəfindən qəbul olundu:
“Azərbaycan tərəfi ara-sıra Minsk Qrupunun tərkibinin dəyişdirilməsini ona görə dilə gətirir ki, indiki halda danışıqlar heç bir nəticə vermir. Düşünürəm ki, bu mesaj Rusiya tərəfindən qəbul olundu. Çünki uğursuz danışıqlar prosesi son nəticədə cəbhə xəttində, sərhəddə gərginliyin artmasına gətirib çıxarır. Gərginliyin artması isə Rusiyanın da marağına ziddir. Onda Rusiyanın birbaşa münaqişəyə daxil olması riski artır ki, Moskva bundan çəkinir.
Bütün hallarda xarici işlər nazirləri arasında baş tutan danışıqların nəticəsi yaxın həftələrdə özünü göstərəcək. Həmsədrlər danışıqlar prosesinin gündəliyini hazırlayır. Məhz həmin danışıqlar prosesinin nəticəsindən Moskvadakı görüşün nə dərəcədə məhsuldar və əhəmiyyətli olduğu üzə çıxacaq”.
“Bu görüşdən hansısa nəticə gözləmək mənə gülməli gəlir”.

Bu sözləri isə sayta açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib: “Bu görüşün hansı nəticələri ola bilər axı? Azərbaycan Rusiya münasibətlərindən hansısa nəticə gözləmək mənə gülməli gəlir.Rusiya dünyanın nəhəng ölkəsidir. Heç kimi, əsasən də qonşu dövlətləri saymır.
Cənubi Qafqazda münaqişə nəticəsində bir-birinə sarılmış və asılı iki dövlət var. Onlar da münaqişəni həll etməkdə acizdirlər. Çünki münaqişənin açarı Moskvadadır. Prosesi Rusiya idarə edir.
İstər Azərbaycan, istərsə də Ermənkistan Xarici İşlər nazirləri Moskvaya gedəndə nə deyəcəklər ki? Bu iki ölkənin Xarici İşlər nazirləri Rusiyalı həmkarlarına heç nə deyə bilməzlər. Qarabağ münaqişəsi həll edilməyəcək, çünki Rusiya onu istəmir. Çünki Kreml məhz münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlayır. Digər müzakirə etdikləri məsələlərdə də Rusiyanın mövqeyi həlledicidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar