Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu, təhsil sisteminə ciddi ziyan vuracaq – Ekspert

25-09-2020, 19:06   




Bu il keçid ballarının enməsi təhsilə yalnız ziyan vura bilər.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Elxan Nəcəfov deyib.
O bildirib ki, bu il ikinci qrup üzrə hazırlaşan abituriyentlər arasında rəqabət olmayıb:
“Tədris ili başlayandan ikinci qrupa “Dünya ədəbiyyatı” fənni əlavə olunduğu üçün 2-ci qrup üzrə hazırlaşan abituriyentlər artıq 1-ci, ya da 3-cü qrupa yönəldilər. Bu da boş qalan plan yerlərinin sayını çoxaltdı. Yüksək intellekt tələb edən ixtisasları daha çox riyazi təfəkkürlü abituriyentlər seçməli idi. Daha əvvəl keçid balı 500-600 arasında dəyişən ixtisaslar üzrə 200-250 bal toplayan abituriyentlər dövlət sifarişi əsasında qəbul ola bildilər”.
Ekspertin sözlərinə görə, növbəti illərdə təkcə qəbul qaydalarında deyil, həm də ixtisasların mahiyyətində müəyyən islahatlar aparılmalıdır:
“İxtisaslar müəyyənləşdirilməlidir. Abituriyentlər çətin fənlərdən ibarət qruplardan imtina edir, bu da kortəbii seçimdir. Təhsil sisteminə dəyən zərər gələcək yönümlü ixtisasların müəyyənləşdirilməməsindən, qruplar üzrə fənlərin ağırlıq balansının itirilməsindən və kortəbii seçimə şəraitin yaradılmasından ibarətdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar