Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yevlaxdan Xankəndinə dəmir yolu çəkilə bilər RƏSMİ

16-11-2020, 13:49   



İşğaldan azad olunmuş rayonlarımızda vaxtilə 23 dəmiryolu stansiyası var idi. Torpaqlarımız ermənilər tərəfindən işğal edilməmişdən öncə iki istiqamətdə - Cənub istiqamətində Füzulidən Cəbrayıl, Zəngilan istiqamətində, Qərb istiqamətində Yevlax, Bərdə, Köçərli, Təzəkənd, Ağdam, Əsgəran, Xocalı, Xankəndi istiqamətində dəmiryolu xətti olub.
Bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəsi müavini, hərəkət xidmətinin rəisi Elçin Məmmədov deyib. Onun sözlərinə görə, həmin istiqamətlərdə dəmiryolu xətlərinin bərpa edilməsi nəzərdə tutulur.

“Hələ layihə yoxdur. Bu, sadəcə fikirdir ki, işğaldan azad olunmuş torpaqlardakı əvvəlki dəmiryolu xətləri bərpa edilsin. Layihənin reallaşması üçün ilk növbədə həmin ərazilərdə həyat təhlükəsizliyi təmin edilməlidir. Ərazilər minalardan təmizlənməlidir. Bundan sonra ərazilərdə vaxtilə mövcud olan Yevlax-Xankəndi və Füzuli-Zəngilan dəmiryolları xətlərinin bərpası nəzərdə tutulur”.

E.Məmmədov bildirib ki, bunun üçün öncə relyef, infrastrukturla tanış olmaq lazımdır: “Orada torpaq yatağı, vaxtilə mövcud olan dəmiryolu xətləri qalıbmı, yoxsa ermənilər söküb aparıb? Bunlar hamısı öyrənilməlidir. Köhnə marşrut bərpa edilə bilərmi, yeni istiqamətdə olacaq? Bütün bunlar təhlil edilməlidir, daha sonra layihə hazırlana bilər”.

virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar