Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Korona dərmanları mafiyanın cəngində… – Səhiyyə Nazirliyi bu mafiyanın harasındadır?..

25-12-2020, 16:40   








Dərman firmaları rəsmən sabotajla məşğuldurlar. Qeyd edək ki, virusa yoluxanların müalicəsi üçün lazım olan dərmanlar apteklərdə tapılmır, qara bazarda isə bu dərmanlar dəyərindən 20-30 dəfə baha satılır.
Xatırladaq ki, virusa yoluxanların müalicəsi üçün lazım olan dərmanlar evdə müalicə alan xəstələrə Səhiyyə Nazirliyi tərəfindən pulsuz çatdırılmalıdır. Lakin evdə müalicə alan bütün xəstələr ancaq öz imkanları ilə müalicə alırlar. Yəni Səhiyyə Nazirliyi və TƏBİB COVİD-li xəstələri sadəcə taleyin ümidinə tərk edib.
Xəbərlərə görə, dərman şirkətləri perparatları apteklərə vermədən depolardan birbaşa “qara bazar”a çıxarırlar. Nəticədə apteklərdə defisit yaranıb.
Pia.az xəbər verir ki, bir neçə həftədir ki, “Arbidol”, “Favipravir”, “Kleksan” apteklərdə satılmır. Onları yalnız “dərman mafiyası”ndan əldə etmək mümkündür.
Xəbər verilir ki, “Kleksan”ın iki ampulası 13 manatadır. Hindistan istehsalı olan 10 ədədi bir qutu “Favipravir” 39 manat, daha çox olanı isə 130 manata satılır. Bu məbləği ödəməyə kimin gücü çatar?!
“Arbidol”u tapmaq isə mümkün deyil. Bu dərmanı hansısa yollarla əldə edənlər 500-700 manat xərcləməlidir. Təsəvvür edirsiniz? Bu, cinayətdir.
Bu virusa yoluxmuş jurnalist Elşad Məmmədli isə yazıb ki, COVİD-lə mübarizədə istifadə olunan dərmanlar, ləvazimatlar çox bahadır, orta səviyyədə yaşayan adamlar üçün belə. Bir xəstənin ev şəraitində müalicə xərci ortalama 1200 manata yaxın olur. O, detallı yazıb:
Favipiavir – 2×130=260 (1 qutu 130 AZN. 1 xəstə üçün 2 qutu lazım olur)
Maxipen – 14×20=280 AZN
L-floxine – 10×16=160 AZN
Vitamin C 1000 mg – 19 AZN
Vitamin Toplusu Salcovit – 23 AZN
Saturasiya cihazı – 65 AZN
İnqalyasiya aparatı – 70 AZN
Aspirin Cardio – 14 AZN
KT müayinə – 100 AZN
Sistem qoşmaq üçün maddələr, ləvazimatlar – ortalama 50 AZN
Tibb bacısının ödəməsi – 150 AZN
Bütün bu fəlakəti xalqa yaşadan isə sözügedən dərmanları “mafiya”nın cənginə verən möhtəkirlər və apteklərə çatdırmayan özəl şirkətlərdir. Lakin əsas günahkar isə təbii ki, Səhiyyə Nazirliyidir. Çünki lazımı dərmanların apteklərdə olmasına nəzarəti bu qurum həyata keçirir və aptek firmaları daha çox bu Nazirliyin rəhbərliyinə yaxın olan şəxslərin monopoliyasındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar