Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda saxtakarlığın qarşısını alacaq sistem yaradılır

29-04-2014, 12:19   
Azərbaycanda saxtakarlığın qarşısını alacaq sistem yaradılır
Artıq həkim deyə bilməyəcək ki, sənə əlilliyə görə bu və ya digər qrupu verə bilərəm”.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən xəstəliklərin beynəlxalq klasifikasiyası aparılır.

Bütün xəstəliklərin həmin təminata uyğun olaraq avtomatik olaraq müəyyən edilməsi nəzərdə tutulur: “Yəni, kompüterə tibbi sosial müdafiə komissiyasının həkimləri tərəfindən həmin xəstəlik daxil edilən kimi dərhal ona uyğun hansı qrup verilməlidir o müəyyən olunur. Belə bir prinsip hazırlanır. Artıq həkimlərdən heç bir şey asılı olmayacaq. Xəstəliyin öz adı proqram təminatına daxil ediləcək. Bu zaman isə həmin xəstəliyə hansı qrupun düşməsi avtomatik qaydada veriləcək. Hər bir müraciət edən əlil insan bunun şahidi olacaq. Artıq həkim deyə blməyəcək ki, sənə bu və ya digər qrupu verə bilərəm”.

Nazir həmçinin bildirib ki, əlilliyin verilməsi ilə bağlı elektron sisteminin sonuncu variantının bu həftə kiçik təqdimatı olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar