Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ucarda seckilər ləğv oluna bilər: Məzahir Pənahova müraciət edildi

13-02-2020, 08:22   
Seçki

91 saylı Ucar Seçki Dairəsində namizədliyini irəli sürmüş Əbil Məmmədovun bəyanatı yayılıb.


Bizimyol.info redaksiyasına daxil olan məlumata görə, bəyanat müəllifi bu seçki dairəsində baş verən kütləvi seçki saxtakarlığından və qanun pozuntuları ilə bağlı MSK sədri Məzahir Pənahova müraciət edib. O, müraciətində 91 saylı seçki dairəsinin nəticələrinin ləğv edilməsinin vacibliyini bildirib və MSK-ya saxtakarlığı sübut edəcək foto və video çəkilişləri təqdim olunacağını qeyd edib. Müraciətdə qeyd edilir ki, təbliğat-təşviqat kampaniyasının başladığı ilk gündən, 17 yanvar 2020 - ci il tarixdən Ucar rayon ərazisində artıq seçkinin saxtalaşdırılması istiqamətində addımlar atılıb və bu istiqamətdə açıq-aşkar İcra Hakimiyyəti başda olmaqla, dövlət büdcəsindən maliyyələşən bütün dövlət orqanları, həmçinin bələdiyyə və pedaqoji kollektiv tərəfindən qanun pozuntularına yol verilməyə başlanılıb:


Əbil Məmmədov Əbil Məmmədov


“Belə ki, ilk günlərdən Ucar sakinləri arasında “onsuz da Ramin Həsən seçiləcək, onu yuxarıdan tapşırıblar”, deməklə insanlarda seçkiyə və dövlətə qarşı inamı yox etməyə çalışırdılar.Bütün olunan qanun pozuntularının təbliğat-təşviqat dövründə bitəcəyinə, ən azından cənab Prezidentin etdiyi kəskin tələblərə Ucar rayonunda da məmurlar və Seçki Komissiyasının üzvlərinin əməl edəcəyinə inanaraq 09 fevral 2020-ci il tarixində keçirilən seçkilərin demokratik və şəffaf keçiriləcəyinə böyük ümidlər bəsləyirdik. Lakin, təəssüflər olsun ki, Ucar rayonunda cənab Prezidentin tələblərinə əməl edilmədən ilk saatlardan etibarən seçkinin nəticələrinə təsir edən və qanunla qadağan edilmiş saxtakarlıqlar və qanun pozuntularını tərəfimizdən müşahidə edilərək aşkarlandı. Aşkarlanmış qanun pozuntuları tərəfimizdən aktlaşdırılmış və eyni zamanda foto və video vasitəsi ilə qeydə alınmışdır”. Deputatlığa namizədin dediyinə görə, Ucar xalqının pozulmuş hüquqlarının bərpasına heç bir şübhə etmir. “Ümidvaram ki, Ucar sakinlərini dövlətdən və hakimiyyətdən narazı salmağa çalışan “məmurların, DSK və MSK üzvlərinin” layiqli cəzası verərək Ucar xalqının cənab Prezidentə və dövlətə qarşı olan etibarının daha da möhkəmlənməsinə səbəb olacaqsınız. Ucar rayonu 91 saylı DSK –da baş vermiş qanuna zidd hərəkətlər nəticəsində seçki saxtakarlığı baş verildiyini və həmin saxtakarlıqla nəticələrin düzgün olmadığını nəzərə alaraq 91 saylı Ucar DSK-nın nəticələrinin ləğv edilməyini və qanun pozuntusuna yol vermiş DSK və MSK üzvlərinin məsuliyyətə cəlb olunmasını xahiş edirəm”.

Əbil Məmmədov onun əlində yüzlərlə video və foto çəkilişlərin olduğunu bildirir və onları MSK-ya təqdim edəcəyini qeyd edir.

[media=//www.youtube.com/watch?v=EAB2zKHxQ-8]

Bizimyol.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar