Ana səhifə

Tramp “tvitlədi”, neft sıçradı

    Tarix: 02-04-2020 20:26   


ABŞ prezidenti Donald Tramp bu gün özünün bir tvit-i ilə ümidsiz şəkildə uculaşmaqda, hətta dəyərini tamamilə itirməkdə olan nefti kəskin bahalaşdırıb.

Virtualaz.org xəbər verir ki, Tramp Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatına dair yeni sövdələşmənin anonsunu verib və dərhal birjalarda neftin qiyməti sıçrayışla artıb.

“Mən elə indicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım, hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar neft hasilatını 10 milyon barrelə qədər ixtisar edəcəklər, ola bilsin daha da çox”,-Tramp yazıb.

ABŞ prezidenti qeyd edib ki, əgər tərəflər razılaşsalar bu neft və qaz sənayesi üçün gözəl xəbər olacaq. Trampın sözlərinə görə, hasilatın hətta 15 milyon barrel azaldılması mümkündür.

ABŞ prezidentinin bu rəqəmləri haradan götürdüyü məlum deyil. Çünki hətta OPEC+ razılaşması çərçivəsində belə neft ölkələrinin hasilatı azaltması bundan dəfələrlə az-sutkada cəmi 1.5 milyon barrel idi. Razılaşma pozulandan sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon barreldən 12 milyon barrelə qədər artırıb. Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic etməsinin də təsiri ilə neftin qiyməti kəskin aşağı düşüb.

Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Salman arasında danışıqların baş verdiyini təkzib edib. Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da Ər-Riyadla təmasların olmadığını açıqlamışdı. Bununla belə Putin özü deyib ki, Rusiya OPEC və ABŞ-la danışıqlar aparır.

Bu cür ziddiyətli xəbərlər fonunda “Brent” markalı neftin qiyməti az qala 15 faiz bahalaşaraq 1 barrel üçün 30 dollara çatıb , WTI markalı neft isə 25 dollara qədər bahalaşıb. Bahalaşmanın nə dərəcədə davamlı olacağı hələ məlum deyil.

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net