Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Amerika alimi “qiyamətə” gətirib çıxaracaq yeni virus haqda xəbərdarlıq edir - BROYLER TOYUQLARINDAN KEÇƏ BİLƏR...

31-05-2020, 08:22   

 

Amerikalı alim Maykl Qreqor dünyanı “qiyamətə gətirib çıxaracaq” yeni virusun təhdid etdiyini bildirir. Alimin dediyinə görə zoonoz virusu heyvandan insana keçir. Bu haqda “Daily Mail” yazır.

Qreqorun sözlərinə görə, H5N1 virusunun yeni daşıyıcısı ətinin böyük miqyaslarda istifadə olunuğu adi toyuqdur. İnsan orqanizmi yeni virus üçün həddən artıq əlçatandır, çünki toyuqlar steril olmayan quşçuluq fabriklərində və kimyəvi maddələrdən istifadə olunmaqla yetişdirilir.

Qreqer deyib ki, 1997-ci ildə quş qripinin H5N1 adlanan yeni ştammı meydana çıxıb. Bu virusa ilk dəfə Honkonqda azyaşlı oğlan yoluxub, onun boğazında və qarnında ağrılar əmələ gəlib. Bundan sonra kəskin tənəffüs və orqan çatışmamazlığı nətcəsində ölüb. Alim deyib ki, yeni quş qripi epidemiyasından qaçmaq üçün toyuqları böyük fabriklərdə yox, ev şəraitində, az miqdarda yetişdirmək lazımdır. Bu zaman daha gigeyenik şərait olmalıdır.


İnfeksion xəstəliklər üzrə professor Maykl Osterholm isə bildirib ki, H5N1 virusu 1918-ci ildə yüz milyona yaxın insanın həyatına son qoyan virusun “əmisi oğludur”. Onun sözlərinə görə, hər yumurtadan çıxan cücə virus üçün yeni inkubatordur və ona görə də Çin ərazisində toyuqların kütləvi məhvi yeganə labüd yol ola bilər.

Məqalədə qeyd olunur ki, vərəm və qızılca insana keçilərdən, suçiçəyi dəvələrdən, koklyuş donuzlardan, qarın yatalağı toyuqlardan keçib. Bu cür zoonozlar insana yoluxmuş heyvanın ətindən istifadə zamanı keçir. Əsasən belə viruslar təhlükəsiz olur, amma mutasiya edə və insanın immun sistemini dağıdıb ölümə səbəb olur.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar